Sərnişinlər təxliyə olunur
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb.
Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir
O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb:
"Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində elektirk enerjisi dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur. Hazırda tunellərdə qalan qatar yoxdur".
BakuCity.az