Həmin şəxsin vəziyyəti qənaətbəxşdir
Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır.
BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər.
Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma halı ötən gün aşkar olunub. Virusun təsdiq olunduğu həmin şəxs İrandan Azərbaycan vasitəsilə Gürcüstana qayıdıb.
BakuCity.az