36 yaralı var
Suriya tərəfindən İdlibdə Türkiyə Silahlı Qüvvələrinə qarşı hava hücumu nəticəsində həlak olan türk hərbçilərin sayı 33-ə çatıb.
BakuCity.az-ın məlumatına görə, bunu Hatay valisi Rahmi Doğan bildirib.
Vali deyib ki, hazırda 36 yaralı hərbçinin müalicəsi davam edir, onların həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın iştirakı ilə təcili toplantı keçirib.
BakuCity.az