Bakı sakinləri: "Amerika koronavirusu qəsdən yayıb" - SORĞU + VİDEO

Bakı sakinləri: "Amerika koronavirusu qəsdən yayıb" - SORĞU + VİDEO

Virus və soyuqdəymədən necə qorunursunuz?

Dünyanı cənginə alan koronavirus epidemiyası can almaqda davam edir. Virus daşıyıcılarının sayı isə durmadan artır. Koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.

BakuCity.az xəbər verir ki, epidemiya qonşu İranı da cənginə alıb və bu ölkədə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.

Azərbaycanda da onlarla şəxs koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə, Astara və Cəlilabad rayon mərkəzi xəstəxanalarına yerləşdirilib. Hazırda həmin şəxslərin müalicəsi davam edir.

Həmçinin oxu: Bakının maskalı sakinləri - FOTOREPORTAJ

“Report”un əməkdaşları paytaxt sakinləri arasında koronavirus epidemiyası ilə bağlı sorğu keçiriblər. Sorğu iştirakçılarına iki sual ünvanlanıb:

Sizin fikrinizcə koronavirus nədir: süni şəkildə yaradılmış kütləvi qırğın silahı, yoxsa 21-ci əsrin xəstəliyi? Virus və soyuqdəymədən necə qorunursunuz?

BakuCity.az

Bakı sakinləri koronavirus sorğu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər