Baş epidemioloq: Xəstələnməyən insanın maska taxması məntiqli deyil - VİDEO

"Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?!"

"Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul - buruna perekis tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər dolaşır. Bu metoddan özbaşına istifadə etmək məsləhət deyil".

BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev bildirib.

Onun sözlərinə görə, əvvəlcə həkimlə məsləhətləşmək lazımdır:

Həmçinin oxu: Bakı sakinləri: "Amerika koronavirusu qəsdən yayıb" - SORĞU + VİDEO

"Çünki bildiyiniz kimi, perekis qıcıqlanma yarada bilən məhluldur. Hazırda bütün xəstəxanalarımız gücləndirilmiş rejimdə işləyirlər. Ona görə də insan özündə nəsə hiss edərsə, həkimə müraciət etməsi məsləhətdir. Eyni zamanda, gün ərzində əlləri və üzü sabunla yumaq daha effektiv metoddur. Sabun məhlulu ilə burun dəliklərini də yumaq olar. Alternativ variant kimi “Oksalin” məlhəmini də burun dəliklərinə sürtmək olar”.

Baş epidemioloq qoruyucu maska ətrafında ajiotaj yaradılmasını düzgün saymayıb:

"Xəstələnməyən insanın maska taxması məntiqli deyil. Əgər bu virus ölkədə varsa, maska taxılsa da, insana keçəcək. Əgər mən xəstələnməmişəmsə, niyə qoruyucu maska taxım? Bu gün insanları narahat edəcək hal yoxdur. Əminliklə deyə bilərəm ki, Azərbaycanda koronavirus yoxdur. Bir daha qeyd edirəm ki, virusdan qorunmaq üçün gigiyenik normalara əməl etmək daha yaxşı olar”.

İ.Ağayev bildirib ki, hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb:

"Ölkədə koronavirus epidemiyasının olması ilə bağlı iddialar əsassızdır. Yalan informasiyalarla əhali arasında panika yaratmaq düzgün deyil. Ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bu barədə dərhal ictimaiyyətə məlumat veriləcək. Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik”.

Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq infeksion xəstəxanasında xüsusi palatalar ayrılıb.

BakuCity.az

koronavirus tibbi maskalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az