Bakıda avtobuslar dezinfeksiya olunub - VİDEO

Bakıda avtobuslar dezinfeksiya olunub - VİDEO

Xüsusi dərman məhlullarından istifadə olunur

Bakı Nəqliyyat Agentliyi tərəfindən kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, bu məqsədlə gecə saatlarından reysdən sonra gündəlik təmizlikdən keçən avtobuslar xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya olunub.

İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə hava limanı ekspress xətt avtobusları da dezinfeksiya edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarına əsasən  avtobuslar xətdən qayıtdıqdan sonra gündəlik olaraq istehsalat bazasında təmizlənməlidir. Həmçinin hər bir daşıyıcı mütləq şəkildə iki aydan az olmamaq şərtilə avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Əgər müvafiq səhiyyə qurumunun tövsiyəsi olarsa, bu halda həm avtobuslarda, həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində əlavə dezinfeksiya işləri görülə bilər.

Eyni zamanda, Bakı Nəqliyyat Agentliyi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində də dezinfeksiya işləri aparır. İşlər hər həftənin şənbə günü, gecə saatlarında görülür. Burada da əsas məqsəd sərnişinləri narahat etməməkdir. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir.

BakuCity.az

Bakı avtobuslar dezinfeksiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər