Koronavirusla bağlı mühüm detallar: Hansı qidalardan keçir, necə qorunmalı? - VİDEO

Koronavirus qripin bir növüdür, yəni deyildiyi qədər təhlükəli deyil

Bu gün koronavirus infeksiyası ilə bağlı informasiyalar demək olar ki, bütün ölkələrin gündəmini zəbt edib. Maraqlıdır, hətta yoluxma faktı qeydə alınmayan ölkələrdə belə virusla bağlı müxtəlif informasiyalar yayılır. Elə ölkəmizdə olduğu kimi.

Hazırda Azərbaycanda vəziyyət necədir? Virusun yayılma ehtimallarına qarşı hansısa işlər görülür? Nələrə diqqət yetirilməlidir?

BakuCity.az AzTV.az-a istinadən məlumat verir ki, koronavirusun dünyada yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanda xüsusi komissiya fəaliyyətə başladı. Riskin minimuma endirilməsi ilə bağlı tədbirlərə start verildi. Bəzi xəstəxanalarda xüsusi otaqlar yaradıldı. Hazırda vəziyyət tam nəzarətdə saxlanılır. Rəsmi məlumatlara əsasən, Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb. Amma Çin, İtaliya, İran və digər ölkələrin təcrübəsi göstərir ki, hətta dünyanın nəhəng, inkişaf etmiş ölkələri də belə hallardan sığortalanmayıb. Azərbaycan da dünyadan təcrid deyil və beynəlxalq problem olan epidemiyanın təsirinə məruz qala bilər. Ona görə də ölkəmizdə kiçik şübhə doğuracaq hər bir məqama böyük diqqət yetirilir. Virusa yoluxma ehtimalı olan şəxslər dərhal nəzarətə götürülür.

Sanitar-epidemioloji vəziyyət də xüsusi nəzarətə götürülüb. Bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər gücləndirilərək, ölkəyə gələn sərnişinlər ciddi yoxlanılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə virusun yayıldığı ölkələrdən gələn vətəndaşlar müəyyən olunmuş müddətdə karantində saxlanılır. Bununla yanaşı, ölkə ərazisində bütün qurumlar dezinfeksiya işlərinə cəlb olunub. Artıq təhsil müəssisələrində də prosesə start verilib.

Virus adətən yaşlı və immuniteti zəif insanlara ciddi təsir edir. Mütəxəssislər isə vətəndaşları təşvişə düşməməyə çağırır. Çünki koronavirus qripin bir növüdür, yəni deyildiyi qədər təhlükəli deyil. 

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın aidiyyəti qurumları ilə daimi əlaqədədir. Virusa yoluxma halının müəyyənləşdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar da yetərincədir. Ancaq bir çox məqamlara xüsusi diqqət yetirməlidir:

- Xəstəliyin müşahidə olunduğu ölkələrə səfər etməmək;
- Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək;
- Əlləri tez-tez yumaq, xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra bu prosedura mütləq şəkildə əməl etmək;
- Xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamaq;
- Xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda dərhal həkimə müraciət etmək;
- Üzərində dezinfeksiya vasitələri gəzdirmək və ondan istifadə etmək;
- İnsanların çox olduğu yerlərdə, məsələn hava limanlarında, metroda və s. xüsusilə ehtiyatlı olmaq məsləhət görülür.

Qoruyucu maskaların istifadəsi də məsləhətdir. Psixoloqlar isə deyir ki,  bəzən insanlar arasında maskalardan istifadə edənlər xəstəlik daşıyıcısı kimi qəbul edilir. Amma bu, sadəcə virusa yoluxmamaq üçün atılan addımdır. Sərnişinlərin daha sıx olduğu yerlər, xüsusilə ictimai nəqliyyat vasitələri mütəmadi dezinfeksiya edilir.

Yaşana biləcək risklərə qarşı Qida Təhlükəsizliyi Agentliyi də gücləndirilmiş iş rejimində çalışır. Qida Təhlükəsizliyi İnstitutunun laborotoriyaları hazır vəziyyətə gətirilib. Virusun yayılma hallarında riskli hesab olunacaq qidaların adları da açıqlanıb:

- İsti və soyuqqanlı vəhşi heyvanlar;
- Zoopark heyvanları;
- Vəhşi heyvanların trofeyləri;
- Balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.);
- Dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.);
- Heyvan mənşəli ət məhsulları;
- Ev heyvanları;
- Quş və quş məhsulları riskli qidalara daxildir.

Ehtiyac yaranarsa, institutun laboratoriyalarında qidalarda virusun olub-olmadığını qısa vaxt ərinzdə müəyyənləşdirmək mümkündür. 

Mobil səhra laboratoriyası da hazır vəziyyə gətirilib. Həmçinin institutun əməkdaşları bu virusun laborator müayinəsi ilə əlaqədar xüsusi təlimlərə cəlb olunub.

Dövlət Turizm Agentliyi isə ölkə vətəndaşlarına və turoperatorlara müraciət edib. Son günlər dünyanın bir sıra ölkələrində koronavirus epidemiyasının geniş yayıldığını nəzərə alaraq vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almaq tövsiyə olunur. Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmaq məsləhət görülür. Turoperatorlara tövsiyə edilir ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barədə məlumatlandırsınlar.

BakuCity.az

koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...
Ekologiya
Xəzər dənizində zəlzələ olub Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:20-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 28 km olub. BakuCity.az
Cəmiyyət
Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi üçün işlər görülür. Təxminən bir həftə əvvəl Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, sərnişinlərin daşınması üçün avtobusların sayı artırılacaq. Həmçinin, avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə veriləcək. Lakin bugünkü mənzərə onu göstərir ki, sərnişindaşımada ara məsafəsinin saxlanılması tələbinə riayət edən, demək olar ki, yoxdur. Ekspres və müntəzəm marş...
Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Cəmiyyət
Xüsusi karantin rejimini pozanlarla bağlı DİN açıqlama verib Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Nazirlikdən BakuCity.az-a bildirilib ki, xüsusi karantin rejimi...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...