Bakının gül dükanları 8 Marta nə təklif edir? - ENDİRİMLƏR + QİYMƏTLƏR

Bakının gül dükanları 8 Marta nə təklif edir? - ENDİRİMLƏR + QİYMƏTLƏR

Bəs 101 qızılgül buketi neçəyə başa gələcək?

Güllər qədər gözəl, təravətli olan xanımların əksəriyyəti onlara xas özəl günlərdə gül hədiyyə almağı xoşlayır. Çünki gül paklıq, sevgi, gözəllik və romantikanın əsas göstəricilərindəndir. Gülləri yalnız gözəl olduğu üçün deyil, hər birinin öz mənası olduğuna görə də xüsusi hesab edirlər. 

Gül mağazalarında ən çox alınan isə qızılgüllərdir. Müştərilər daha çox qırmızı qızılgüllərə üstünlük verirlər. Qızılgül gözəllik və sevgi rəmzi hesab olunur. Bu güllər rənginə görə fərqli məna da verir.

BakuCity.az bugünkü materialda paytaxtda yerləşən gül dükanlarının 8 Mart – Beynəlxalq Qadınlar Gününə özəl təklifləri və əsasən qızılgüllərin qiyməti ilə maraqlanıb. 

“Cherry Flowers”

Gül dükanından bildirilib ki, burada 8 Marta özəl endirimlər olacaq. Qarışıq güllərdən ibarət buketlərin endirimli qiyməti 20 manatdan başlayacaq. Müştərilərin istəyindən asılı olaraq 1000 manata qədər sifariş qəbul olunacaq.

Qızılgüllərin qiyməti 5 manatdan (bir ədədi), 101 qızılgül buketlərinin qiyməti isə 500 manatdan başlayacaq. 101 zanbaq buketinin qiyməti 350 manat olacaq. Çatdırılma ödənişlidir, qiymətlər məsafədən asılı olaraq dəyişəcək.

Dükan hər gün saat 10:00-dan 21:00-dək açıqdır. Sifarişlər 7/24 qəbul edilir.

Bakının gül dükanları 8 Marta nə təklif edir? - ENDİRİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-1

Ünvan: Vaqif prospekti, 3
Əlaqə: 050 460 81 80

"Vedi Service"

“Vedi Service”dən verilən məlumata görə, dükan 8 Marta özəl sadəcə korporativ sifarişlərə endirim təklif edir. Sifarişin sayı minimum 10 olmalıdır. Sifarişlərin qəbulu 6 mart tarixindən başlayacaq. Təklif olunan xarici qızılgül (Ekvador) xüsusi dekorda bir ədədi 10 manata başa gəlir. 

8 Mart günü yerli və xarici qızılgüllər tək halda 4-5 manatdan satılacaq. Xarici qızılgüllərdən ibarət 101 buketi isə 400-500 manata ala biləcəksiniz. Çatdırılma sadəcə böyük sifarişlər üçün nəzərdə tutulur.

Mağaza bütün növ şarların üzərində loqotoplərin çapı, hava şarları, helium balonları, şarlarla tərtibat və s. sifarişlər də qəbul edir.

Mağaza 7/24 fəaliyyət göstərir.

Bakının gül dükanları 8 Marta nə təklif edir? - ENDİRİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-2

Ünvan: Zivər bəy Əhmədbəyov küç., 10
Əlaqə: 051 415 00 01

“Floreal Flower Bar”

Mağazadan bildirilib ki, burada da 8 Marta özəl xüsusi endirim paketləri olacaq. Bundan əlavə, mağazanın daimi müştəriləri endirim kartlarını 8 Martda da istifadə edə biləcəklər. Mağazada 200 manatdan yuxarı alış-veriş edən hər kəs ilkin olaraq 5%, daha sonra isə 10-15 faizlik endirim kartı əldə edir. Endirim kartına sahib olmayanlar isə başqa günlərdə olduğu kimi, bu fürsətdən 8 Martda da yararlana bilməyəcəklər.

Mağazadan onu da deyiblər ki, burada hazırda Pion gülünün bir ədədi 20 manata satılır və 8 Martda qiymətinin dəyişib-dəyişməyəcəyi hələ bəlli deyil. Səbəb isə güllərin şəhərə baha qiymətlərlə gətirilməsidir. Burada 101 qızılgül buketi hazırda 700 manatdır.

Şirniyyatı sevənlər üçün mağaza müxtəlif dizaynlarda müxtəlif qiymətlərlə şirniyyat buketləri və səbətləri də təklif edir.

Məkan 7/24 fəaliyyət göstərir. 50 manatdan yuxarı sifarişlərin şəhər daxilində çatdırılması pulsuzdur.

Bakının gül dükanları 8 Marta nə təklif edir? - ENDİRİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-3

Ünvan: Ceyhunbəy Hacıbəyli, 133
Əlaqə: 055 335 55 25

“Flowers of Baku”

Mağazadan saytımıza bildiriblər ki, qızılgül Bakıya xaricdən, üstəlik, baha gətirildiyinə görə hələlik bu güllərə endirim nəzərdə tutulmur. Bu səbəbdən qırmızı qızılgülün bir ədədi 5, göy qızılgülün bir ədədi isə 7-8 manata satılır. Beləliklə, 8 Mart günü qızılgül buketlərinin qiyməti 25 manatdan başlayacaq. 101 qırmızı qızılgül buketini 500, 101 göy qızılgül buketi - 800, 101 zanbaq buketini isə 400 manata təklif edəcəklər.

Lalə güllərində isə endirim olacaq. Yəni hazırda 50 manata olan buketləri 40-45 manata satılacaq. Əlavə məlumat üçün qeyd edək ki, mağazanın daimi müştərilərinə yaxşı tanış olan “Əvəzsiz çəhrayı” qızılgül buketi 125, “Əvəzsiz çəhrayı” lalə buketi 100, “Əsrarəngiz zanbaq” buketi isə 70 manatdır.

Gül çeşidləri və qiymətlər müxtəlifdir, bu səbəbdən də mağazanın saytına (www.buket.az) daxil olub istədiyiniz çeşidi seçə və sifariş verə bilərsiniz.

Bakının gül dükanları 8 Marta nə təklif edir? - ENDİRİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-4

Ünvan: Puşkin küçəsi, 11
Əlaqə: 050 600 11 33

“Peony Baku”

Bu gül dükanında da 8 Mart – Beynəlxalq Qadınlar Gününə hazırlıqlar başlayıb.  Qarışıq gül növlərinin satışını həyata keçirən dükandan bildirilib ki, müştərilərinə səbətdə, qutuda və başqa formalarda gül buketləri ilə yanaşı, oyuncaq buketləri, konfet buketləri və s. sürpriz hədiyyələr də təklif edir.

Mağazanın təklif etdiyi 101 Pion buketi 1700, 51 Pion buketi 850, 25 Pion buketi isə 155 manata başa gəlir. 8 Marta özəl lalə buketlərin qiyməti 40 manatdan 330 manata qədərdir.

Dükan 7/24 çalışır. Şəhər içində çatdırılma pulsuzdur. 8 Marta indidən hazırlaşmaq istəyənlər www.pion.az saytına daxil olub təklifləri nəzərdən keçirə bilərlər.

Bakının gül dükanları 8 Marta nə təklif edir? - ENDİRİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-5 Bakının gül dükanları 8 Marta nə təklif edir? - ENDİRİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-6

Ünvan: Mehdi Hüseyn, 71
Əlaqə: 050 211 16 71  

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı gül dükanları 8 Mart
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər