“Avroviziya-2020”də Azərbaycanı təmsil edəcək müğənni bilindi

“Avroviziya-2020”də Azərbaycanı təmsil edəcək müğənni bilindi

Final mayın 16-da olacaq

“Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb.

BakuCity.az-ın məlumatına görə, bu il ölkəmizi Rotterdam şəhərində Samirə Əfəndi təmsil edəcək.

Daha öncədən də “Avroviziya” müsabiqəsinin seçim mərhələsində iştirak edən Samirə Əfəndi “Yeni ulduz”, “Böyük Səhnə” və “Səs Azərbaycan” kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Təmsilçi 2017-ci ildə Almatıda “Silk Way Star” Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstanda keçirilən “Voice of Nur-Sultan” Beynəlxalq festivalında iştirak edib.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” (“Açıl!”) olan “Avroviziya -2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Avroviziya-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

BakuCity.az

Avroviziya-2020 mahnı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər