Bakıda tanınmış ticarət mərkəzinin yaxınlığında güclü yanğın - VİDEO

Bakıda tanınmış ticarət mərkəzinin yaxınlığında güclü yanğın - VİDEO

Bitişik mağaza yanğından mühafizə olunub

Bakıda avtomobil yuma məntəqəsində yanğın baş verib.

BakuCity.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən Baku.ws-ə bildirilib.

Hadisə Nizami rayonunda, “Lotos” Ticarət Mərkəzinin arxasında yerləşən avtomobil yuma məntəqəsində qeydə alınıb.

Ümumi sahəsi 40 m² olan məntəqənin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb.

Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BakuCity.az

Bakı ticarət mərkəzi yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər