BDU tələbəsinin ölümü: Məhkəmə tibbi ekspertizası nə gizlədir? - AÇIQLAMA

100 gündən çox vaxt keçsə də, ekspertizanın rəyi hələ hazır deyil

Azərbaycanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi istintaqı ləngidir.

BakuCity.az-ın məlumatına görə, bu sözləri Oxu.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü hadisəsini, hansı ki, artıq üzərindən 100 gün keçib - şərh edən məşhur vəkil Türkel Süleymanlı deyib.

Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu il təvəllüdlü), Dilrubə Quliyeva və Həmidə İbadova (1998-ci il təvəllüdlü) zəhərlənib.

Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyən ediblər, digər iki qız isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, bir neçə gündən sonra isə evə buraxılıblar.

Hüquq-mühafizə orqanları əvvəlcə tələbənin qida zəhərlənməsi nəticəsində öldüyünü ehtimal etdi. Lakin cəsədin patoloq anatomlar tərəfindən müayinəsindən sonra faktla bağlı yaradılan əməliyyat-istintaq qrupu qızların hələ də bilinməyən toksik maddə ilə zəhərləndiyi qənaətinə gəldi.

Dekabrın 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə jurnalistlərə açıqlama verib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan, zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zəhərlənmənin səbəblərini və digər halları aydınlaşdırmaq üçün müvafiq ekspertizalar təyin edilib.

100 gündən çox vaxt keçsə də, faktla bağlı məhkəmə tibbi ekspertizasının rəyi hələ hazır deyil.

Vəkilin sözlərinə görə, bu yolla məhkəmə tibbi ekspertləri nəinki cinayət-prosessual qanunvericiliyin tələblərini pozub, üstəlik üç dəfə, eyni zamanda istintaqın işini iflic edib, ən əsası isə zərərçəkmiş tərəfin hüquqlarını pozub.

“Onlar öz səriştəsizliklərini nümayiş etdirdilər. Biz bu vəziyyət barədə Səhiyyə Nazirliyinə, Vəkillər Kollegiyasına, Baş Prokurorluğa yazdıq. Bakı Şəhər Prokurorluğunun İstintaq Şöbəsinin müdiri Rəşad Mansurov bununla bağlı məni qəbul etdi. Bu aşkar qanun pozuntusudur, çünki kimyəvi ekspertiza üçün maksimum bir ay vaxt verilir. Kimyəvi ekspertiza ilə paralel olaraq həmçinin histoloji ekspertiza aparılır. Lakin hətta belə olan halda belə ekspertizaların aparılma müddəti bir ayı keçməməlidir”, - deyə T.Süleymanlı bildirib.

Vəkil qeyd edib ki, bu rezonans doğuran işdə məhkəmə tibbi ekspertləri işin şəxsən baş prokurorun nəzarətində olmasına baxmayaraq, kobud səhlənkarlığa yol veriblər. 

“Qız nə xəstəlikdən, nə də virusdan ölməyib. Ölümün təbii səbəbləri yoxdur. Ekspertlər bizi əmin etdilər ki, Azərbaycanda bu növ tədqiqatın aparılması üçün bütün imkanlar mövcuddur. O zaman nəticələr hanı, niyə yoxdur? Hətta Ş.Xasmətovanın atası toxuma və qan nümunələrinin ekspertiza üçün Moskvaya göndərilməsini təklif etsə də, birlikdə buna razılıq verilməyib. Ekspertlər vaxtı uzadıb, başımızı aldadırlar. Onlar zərərçəkmiş tərəfdən nə gizlədirlər? Onların bütün fəaliyyətləri səhlənkarlıq etdiklərini göstərir və bu çox şübhəlidir”, - deyə vəkil bildirib.

Qeyd edək ki, ekspertizanın rəyi olmadan istintaq hadisə iştirakçılarının hərəkətlərinə lazımi qiymət verə bilməz. Ekspertiza aparıldığı müddətdə işlə bağlı araşdırma dayandırılır. Ş.Xasmətovanın ölüm işi ilə bağlı qeyri-müəyyən vəziyyət üç aydan çoxdur davam edir.

“Üç ay – müddətin üçqat pozulmasıdır. İstənilən tədqiqatçını bu cür işə görə rəhbərlik cəzalandırardı. Niyə heç kim ekspertlərdən soruşmur?”, - deyə T. Süleymanlı haqlı olaraq sualla çıxış edib.

BakuCity.az

BDU tələbəsi zəhərlənmə məhkəmə tibbi ekspertizası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Karantin 2 noyabr saat 06:00-dək uzadılıb. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.   Bildirlir ki, "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və...
Siyasət
Azərbaycan Ordusunun Qarabağ cəbhəsində keçirdiyi əks-hücum əməliyyatlarından sonra işğal altında olan Xankəndidə də təşviş yaranıb.BakuCity.az xəbər verir ki, bu barədə oxu.az sosial şəbəkələrə istinadən xəbər verib. Məlumata görə, Xankəndidə həyəcan siqnalı verilib.Azərbaycan Ordusunun layiqli cavabı ilə Ermənistan silahlı bölmələrinin yüzlərlə canlı qüvvəsi, hərbi texnikaları, dayaq məntəqələri məhv edilib.Bildirək ki, əks-hücum əməliyyatları ilə Füzuli...
Cəmiyyət
Füzuli rayonu azad edilib.   BakuCity.az xəbər verir ki, bu barədə Sosial Tətqiqatlar Mərkəzinin mətbuat xidməti məlumat verib.   Məlumatda bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunu azad edib.    Daha ətraflı məlumat veriləcək. (aznews.az) BakuCity.az
Siyasət
Ermənilərə təslim olmaq barədə təklif olunub. Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun komandanlığı onu...
Cəmiyyət
Ermənistan Fövqəladə Hallar Nazirliyi cəbhə bölgəsində başlayan hərbi əməliyyatlarla bağlı təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb. BakuCity.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan xəbər verir.  Azərbaycan Ordusunun düşmən təxribatına qarşı işğal olunmuş torpaqlarımız - Qarabağda keçirdiyi cavab tədbirləri erməniləri qorxuya salıb, buna görə də Kəlbəcərə gedən yolu bağlayıblar.   Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələ...
Cəmiyyət
Azərbaycanlı blogerlər işğal olunmuş ərazilərimizdən video paylaşıb. Sfera.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda azərbaycanlı blogerlər Dağlıq Qarabağda olduqlarını bildirir. Hətta Erməni tərəfin videonu saxta adlandırmasının qarşısını almaq üçün bloqqer abidə üzərində bir qeyd də qoyub. Həmin görüntüləri təqdim edirik:
Cəmiyyət
Naftalanda bir evdə 4 nəfər ailə üzvü həlak olub. Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar. BakuCity.az xəbər verir ki, "Sputnik Azərbaycan" hadisə baş verən evdən görüntüləri çəkib.  Qeyd edək ki, Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik...
Siyasət
Basarkeçər-Ağdərə avtomobil yolu vizual nəzarətinə götürülüb. Basarkeçər-Ağdərə avtomobil yolunun vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. BakuCity.az  xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hər...
Cəmiyyət
"Dağlıq Qarabağda şimaldan cənuba doğru hərbi əməliyyatlar davam edir”. BakuCity.az xəbər verir ki, bunu Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan Fransanın "France 24” telekanalına müsahibəsində deyib. "Bu, genişmiqyaslı əməliyyatlar bizi çox narahat edir”, - nazir bildirib. Mnatsakanyan rəsmi İrəvanın kompromisə hazır olduğunu bildirib: "Əlbəttə, münaqişənin Fransa, ABŞ və Rusiyanın daxil olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini is...