Azərbaycanda koronavirusa yoluxmuş şəxsin vəziyyəti açıqlandı

Azərbaycanda koronavirusa yoluxmuş şəxsin vəziyyəti açıqlandı

Hazırda kütləvi axın yoxdur

Nazirlər Kabineti yanında operativ qərargah ölkədə koronavirusla bağlı vəziyyəti açıqlayıb.

BakuCity.az-a verilən məlumatda qeyd olunur ki, karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir:

"Ancaq xüsusilə bildirmək istəyirik ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. 

Bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq.

Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".

BakuCity.az

koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər