Sonuncu dəfə avtobusa minəndə görüblər
Bakıda 46 yaşlı qadın itkin düşüb.
BakuCity.az APA-ya istinadən məlumat verir ki, Sabunçu rayonu Ramanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, dalan 2, ev 18-də yaşayan, ruhi xəstəliyi olan 1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı fevralın 25-i səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.
Qadını sonuncu dəfə evlərinin yaxınlığında olan mağazada avtobusa minib gedərkən görüblər.
Qadının ailə üzvləri faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.