Martın 25 və 26-sı da istirahət günləri olacaq
Mart ayında iş günlərinin sayı 15 olacaq.
BakuCity.az-ın məlumatına görə, gələn ay ilk bayram 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Martın 8-i həftənin bazar gününə təsadüf etdiyindən martın 9-u da qeyri-iş günü olacaq. Beləliklə, 5 günlük iş həftəsi ilə çalışanlar martın 7, 8 və 9-u istirahət edəcəklər.
10 gün sonra isə Novruz bayramı ilə bağlı 7 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarı ilə bayram martın 20-dən 24-dək qeyd ediləcək. Martın 21 və 22-si həftəsonuna düşdüyü üçün bu tarixlər də bayram günlərinə əlavə ediləcək. Martın 25 və 26-sı da istirahət günləri olacaq.
Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında 15 gün qeyri-iş günü olacaq.
BakuCity.az