Bakıda Novruz yarmarkaları fəaliyyətə başladı: Daha ucuz, daha əlçatan - VİDEO

Bakıda Novruz yarmarkaları fəaliyyətə başladı: Daha ucuz, daha əlçatan - VİDEO

Məqsəd süni qiymət artımının qarşısını almaqdır

Bakıda ənənəvi Novruz yarmarkaları fəaliyyətə başlayıb. Çadırlar ilk növbədə metro stansiyalarının yaxınlığında quraşdırılıb.

BakuCity.az-ın məlumatına görə, paytaxtın 12 müxtəlif ərazisində bayram yarmarkası fəaliyyət göstərəcək. Burada əsas məqsəd süni qiymət artımının qarşısını almaq və vətəndaşları ucuz və sərfəli mallarla təmin etməkdir.

Müxtəlif metro stansiyalarının çıxışında qurulan yarmarka çadırları səhər saat 8-dən axşam saatlarına kimi açıqdır və ayın sonunadək fəaliyyət göstərəcək.

Bu yarmarkalarda müxtəlif bölgələrdən fermerlər şəhər sakinlərinə kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Məhsulların keyfiyyəti və qiymətinə müvafiq qurumlar tərəfindən də nəzarət edilir.

Paytaxt sakinlərinin rahatlığı üçün ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırı quraşdırılıb və burada qida məhsulları ilə yanaşı, müxtəlif hədiyyələrin satışı da təşkil olunub.

BakuCity.az

Bakı Novruz bayramı yarmarkalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər