AZAL Bakı-Almatı aviareysi üzrə uçuşlara başlayır

Nur Sultan-Bak reysinin nə vaxt bərpa olunacağı məlum deyil

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Almatı aviareysi üzrə uçuşlara başlayacaq.

BakuCity.az "APA-Economics"ə istinadən məlumat verir ki, AZAL martın 3-dən etibarən həftədə iki dəfə (II və VI günlər) Bakıdan Qazaxıstanın Almatı şəhərinə uçuşlar yerinə yetirəcək.

Bakıdan Almatıya aviareys saat 20:00-da həyata keçiriləcək.

Qeyd edək ki, Qazaxıstan martın 5-dən etibarən koronavirus infeksiyasının (COVID-19) yayıldığı ölkələrə uçuşların sayını azaldacaq. Belə ki, Almatı-Bakı və Aktau-Bakı istiqaməti üzrə uçuşlar həftədə bir dəfəyədək endiriləcək. Nur-Sultan-Bakı istiqamətində uçuşlar isə ləğv olunacaq. Martın 1-dən bu reyslərə bilet alan sərnişinlər biletləri aldıqları yerdə tam və heç bir pul tutulmadan qaytara bilərlər.

"Air Astana" aviaşirkətindən bildirilib ki, Nur Sultan-Bakı aviareysinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.

Xatırladaq ki, bundan öncə Qazaxıstanın "SCAT Airlines" şirkəti Aktaudan Bakıya hər gün, "Air Astana" aviaşirkəti isə Nur Sultan və Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar yerinə yetirirdi.

BakuCity.az

AZAL Bakı Almatı aviareys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 568 nəfərin koron...
Cəmiyyət
Təhsil nazirliyi vacib məlumat yayıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib. BakuCity.az xəbər verir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb: 1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılm...
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, ni...
Kriminal
Tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb. Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. BakuCity.az xəbər verir ki, Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi"...
Cəmiyyət
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.  Artıq minlər...
Kriminal
Polis uşağın atası tərəfindən bıçaqlanması ilə bağlı açıqlama verib. Bakıda 11 yaşlı uşağın atası tərəfindən bıçaqlanması hadisəsi nəzarətə götürülüb. BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib. Həmçinin oxu: Bakıda ata 11 yaşlı oğlunu bıçaqladı - FOTO Bildirilib ki, faktla bağlı müvafiq araşdırmalara başlanılıb: “Araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət v...
Cəmiyyət
Vətəndaşlara 190 manatlıq birdəfəlik yardım yenidən verilə bilərmi? Koronavirus pandemiyasına görə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif kateqoriyaya mənsub insanlara, şirkətlərə müəyyən ödənişlər, yardımlar edildi. Karantin rejimində 600 mindən çox insana 190 manatlıq yardım edildi. Artıq yumşaldılma ilə bağlı bir çox iaşə obyekti fəaliyyətinə başlayıb. Bəs görəsən, karantin rejimi davam etdiyi müddət ərzində hələ də fəaliyyəti bərpa olun...
Cəmiyyət
Sığırlı barədə reportaj hazırlanıb. Son günlər koronavirusa yoluxanların sayına görə Mərkəzi Aran rayonları ön sıralarda dayanır. Burada Kürdəmiri xüsusi qeyd etmək lazımdır. BakuCity.az xəbər verir ki, təkcə son iki gündə rayonun Sığırlı kəndində 21 nəfərin bu virusa yoluxduğu aşkarlanıb. Onların içərisində 1 yaşlı uşaq da var. Demək olar ki, kənd sakinlərindən hər kəsin temperaturu ölçülüb. Şübhəli şəxslərdən elə yerindəcə yaxma analizləri götürülüb. Vir...
Hadisələr
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Nizami rayonu ərazisində baş verib. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Mirzəyevə Leyla Əfras qızı yaralanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, ilkin müayinə zamanı ona baş beynin silkələnməsi diaqnozu qoyulub. Hadisə ilə bağlı araşdırma aparılır. (report) BakuCity.az