Dezinfeksiya işləri davam edəcək
"Koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Yanvarın 30-dan etibarən Nazirlər Kabineti tərəfindən müvafiq dövlət qurumlarına tapşırıq verilib. Fevralın 24-dən Təhsil Nazirliyinin rayon və təhsil şöbələrinə müvafiq məktublar göndərilib".
BakuCity.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov dərslərin dayandırılması fikirlərinə münasibət bildirərkən bildirib.
O qeyd edib ki, yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb, bu proses növbəti günlərdə də davam edəcək:
"Təhsil Nazirliyinin Aparat rəhbərinin müvafiq təlimat məktubunda kütləvi tədbirlərin məhdudlaşdırılması da qeyd edilib. Fevralın sonunda 7/24 fəaliyyət göstərən "qaynar xətt" yaradılıb.
Əmrə uyğun olaraq bütün təhsil müəssisələrində koronavirusun profilaktikası ilə bağlı məlumatların çatdırılması tapşırılıb".
BakuCity.az