Bakıda Beynəlxalq Françayzinq Forumu keçiriləcək

Bakıda Beynəlxalq Françayzinq Forumu keçiriləcək

Tədbir iki hissədən ibarət olacaq 

“Caspian Franchise” - Azərbaycan Beynəlxalq Françayzinq Forumu 4-5 mart tarixlərində “Boulevard Hotel Baku”-da baş tutacaq.

BakuCity.az xəbər verir ki, “Caspian Franchise” ölkədə franşizaların alqı-satqısı sahəsində yeganə işgüzar platformadır. “Biznesin yarandığı yer” olaraq tədbir françayzinq haqda hərtərəfli məlumat almaq, uğurlu investisiya tapmaq və yeni biznesə başlamaq üçün əvəzolunmaz imkan yaradır.

“Caspian Franchise” franşiza sahiblərini,sərmayəçilər və sahibkarları, iri xoldinqlərin nümayəndələrini və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirəcək.

Tədbir Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilati dəstəyi və iştirakı ilə keçirilir. “Caspian Franchise”ın məqsədi kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və ya təşkilində köməklik göstərmək, Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etmək, eləcə də xaricdə biznesin inkişaf tendensiyaları ilə tanış olmaqdır.

Caspian Franchiseiki hissədən ibarət olacaq:
·Konfrans
·Sərgi

Konfrans Azərbaycanda françayzinqin ən aktual problemlərini yerli və xarici mütəxəssislər və sahibkarlarla müzakirə etmək imkanı yaradacaq. Konfrans zamanı qonaqlar "Niyə özəl biznesi deyil françayzinq?" sualına cavab alacaqlar, franşizada işləməyin hüquqi tərəflərini və bu sahədə uğurlu təcrübəsi olan biznes sahiblərinin praktiki məsləhətləri müzakirə edəcəklər. Konfransın proqramı ilə linkdən keçərək tanış olmaq mümkündür: https://franchiseexpo.az/az-content/10.html

Sərgidə dondurma, suşi, qəhvə, geyim, kuryer xidmətləri kimi istiqamətlərdə öz məhsul və xidmətlərini təqdim edən və müxtəlif ölkələri təmsil edən şirkətlər iştirak edəcəklər. Sərgidə həmçinin daşınmaz əmlak agentliyi və məhz Sizə uyğun franşiz tapmaq üçün konsaltinq xidmətləri göstərən şirkətlər yer alacaqlar. Sərginin qonaqları isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə şəxsən görüşüb canlı ünsiyyət formatında təklif olunan franşizlə bağlı bütün nüansları müzakirə edə biləcəklər.

Tədbirə elektron dəvətnaməni saytdan əldə etmək olar:https://franchiseexpo.az/az-event/

Bizi sosial şəbəkələrdə izləyin: #CaspianFranchise

BakuCity.az

Bakı Beynəlxalq Françayzinq Forumu Caspian Franchise
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər