8 Marta özəl hədiyyələr - SEÇİMLƏR + QİYMƏTLƏR

8 Marta özəl hədiyyələr - SEÇİMLƏR + QİYMƏTLƏR

Bayram günü əziz xanımları necə sevindirmək olar?

8 Mart - Beynəlxalq Qadınlar Gününə sayılı günlər qalıb. Bu tarixdə sevimli qadınları təbrik etmək adətə çevrilib. Çoxları hədiyyə seçimini və almağı son günə saxlayır, amma bunu əvvəlcədən edənlər də var.

BakuCity.az 8 mart üçün maraqlı hədiyyə seçimlərini təqdim edir.

Aksesuar və bəzək əşyaları

Banal hədiyyə vermək istəmirsinizsə, “TheJumla” sizə dəbdəbəli bilərziklər və asma bəzəklər təqdim edə bilər. Buradan məhsulu həm hazır, həm də üzərində xüsusi yazı yazdıraraq satın ala bilərsiniz. Sifarişlərin çoxluğunu nəzərə alaraq, yazının yazılmasını 1-2 gün öncədən sifariş vermək lazımdır. Hazır qolbaqlar 35 manata, yazılmış isə 50 manata başa gəlir.

Bütün məhsullar paslanmayan poladdan hazırlanır, qızıl və gümüş örtüklərlə örtülür.

8 Marta özəl hədiyyələr - SEÇİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-1 8 Marta özəl hədiyyələr - SEÇİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-2

Qiymətli metalları sevənlər üçün “Silver Style” çeşidliliyinə görə mükəmməldir. Burada dünya dizaynerlərinin gümüşdən, qiymətli metal və daşlardan hazırlanmış eksklüziv zərgərlik kolleksiyalarını tapa bilərsiniz. Hazırda mağazada bəzi məhsulları rəqabətli qiymətlərlə, məsələn, sirkon ilə gümüşdən hazırlanmış zərif sırğaları 29 manata ala bilərsiniz.

8 Marta özəl hədiyyələr - SEÇİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-3

Görünüşə tamlıq verən ən zəruri aksesuarlardan biri də saatdır. Saat yalnız vaxtı bilmək üçün zəruri deyil, həm də zərif bəzək əşyasıdır.

Belə bir hədiyyə alan istənilən qadın qarşı tərəfdən məmnun olar, xüsusilə də “Swatch”dan dəbli bir saatdırsa. Brend geniş seçim imkanına malikdir: idman, gecə, gümüş, qızıl, daşlarla bəzədilmiş, dəri və s. Qiymətlər modeldən asılı olaraq 99 AZN və daha yüksəkdir.

8 Marta özəl hədiyyələr - SEÇİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-4

8 Marta özəl olaraq, şirkət müştərilərə 20%-ə qədər endirimlər təqdim edir. Sifarişlər 6 mart tarixindən başlayacaq və bir həftə davam edəcək. 

Evdar xanımlar üçün

Məşhur brenddən keyfiyyətli qab dəsti də estetika həvəskarları üçün xoş bir hədiyyədir. Bunun üçün geniş seçimi “Karaca” təklif edir. Türk markasından lüks yemək dəstlərini 50% endirimlə ala bilərsiniz. Endirimdə 4 nəfərlik servisin minimum dəyəri 69,70 AZN təşkil edir.

8 Marta özəl hədiyyələr - SEÇİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-5

“Schafer Azerbaijan” mağazası da hazırda 50%-ə qədər endirim təklif edir. Burada Almaniya istehsalı olan gözəl servis seçə bilərsiniz. Məsələn, kiçik, lakin çox gözəl bir çay dəstini 30 manata almaq olar.

8 Marta özəl hədiyyələr - SEÇİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-6

Eyni dərəcədə populyar olan “Madame Coco” mağazası da hər zövqə uyğun gözəl yemək dəstlərinin çeşidli satışını həyata keçirir.

Hazırda mağazada 20%-dən 50%-ə qədər əlverişli endirimlər mövcuddur. Münasib qiymətə olan ən dəbli servisi cəmi 93 manata seçə bilərsiniz.

8 Marta özəl hədiyyələr - SEÇİMLƏR + QİYMƏTLƏR, fotoşəkil-7

Züleyxa İsmayılova

BakuCity.az

8 Mart özəl hədiyyələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər