Bakıda süd məhsulları sexi də bağlandı - FOTO

Bakıda süd məhsulları sexi də bağlandı - FOTO

Sanitar-gigiyenik qaydalara da əməl olunmurdu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 17 ünvanında fəaliyyət göstərən fiziki şəxs Malıyev Elçin Yaqub oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçiriblər.

AQTA-dan BakuCity.az-a verilən məlumata görə, yoxlama zamanı qanunsuz fəaliyyət göstərən müəssisədə sanitar-gigiyenik qaydaların tələblərinə, həmçinin istehsal prosesində texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı aşkarlanıb.

Həmçinin oxu: Bakıda daha bir sexdə antisanitariya: Xaçapuri alarkən diqqətli olun - FOTO

Bundan başqa, xammalın fiziki, kimyəvi və təhlükəsizlik göstəriciləri yoxlanılmadan birbaşa istehsala verildiyi müəyyən edilib.

Müəssisəyə baxış zamanı xammalın qəbulu, südün termiki emalı və mayalanmanın eyni sahədə aparıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Aşkar olunmuş faktlara əsasən qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bakıda süd məhsulları sexi də bağlandı - FOTO, fotoşəkil-1 Bakıda süd məhsulları sexi də bağlandı - FOTO, fotoşəkil-2

BakuCity.az

Bakı süd məhsulları sex
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər