Ciddi tapşırıqlar verilib
Bakıdakı uşaq bağçalarında bir sıra çatışmazlıqlar aşkarlanıb.
BakuCity.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə keçirilən seminar-müşavirədə bildirilib.
Tədrbirdə Qida Təhlükəsizliyi Agentliyi ilə məktəbəqədər təhsil müəssisələrində birgə aparılmış monitorinqlərin nəticələri müzakirə edilib, vəziyyətin ötən illərə nisbətən daha qənaətbəxş olduğu bildirilib.
Həmçinin yoxlamalar zamanı bəzi çatışmazlıqların aşkar edildiyi və onların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verildiyi vurğulanıb.
BakuCity.az