Azərbaycanda koronavirusa yoluxanların SON VƏZİYYƏTİ

Azərbaycanda koronavirusa yoluxanların SON VƏZİYYƏTİ

Koronavirusun əsas müalicəsi dəstəkvericidir

“Hazırda koronavirusa yoluxan 3 xəstəmiz var. Onların vəziyyəti stabildir, müşahidə altında saxlanılırlar”.

BakuCity.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva “Əsas məsələ” verilişində deyib.

Şöbə müdiri bildirib ki, hələ yanvarın 30-dan etibarən koronavirus infeksiyasının qarşısının alınması üçün profilaktik tədbirlər planı olub:

“Bu plan Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdi. Plana uyğun olaraq bütün aidiyyəti qurumlara, o cümlədən TƏBİB-ə tapşırıqlar verilmişdi. Ölkəmizdə virusa yoluxma qeydə alınmamışdan əvvəl, infeksiya sərhədlərimizə yaxınlaşdığı zaman Nazirlər Kabineti yanında qərargah yaradıldı, tədbirlər intensivləşdirildi”.

TƏBİB rəsmisi söyləyib ki, hələ yanvar ayında Azərbaycanın Çindəki səfirliyi tərəfindən rəsmi sənəd göndərilib:

“O sənəddə Çin Xalq Respublikasında bu xəstəliyin yayılması zamanı müşahidə olunan bütün xüsusiyyətlər qeyd olunmuşdu. Çünki bu, yeni bir virusdur. Oradakı həkimlər  virusun patogenizi, klinik xüsusiyyətləri və müalicədə istifadə olunan dərman preparatları haqqında məlumat vermişdilər. Onun əsasında da biz həmin vaxt artıq plan tərtib etmişdik. Qeyd etmək istəyirəm ki, bu xəstəliyin əsas müalicəsi dəstəkvericidir. Çünki infeksiyanın hələlik xüsusi peyvəndi və dərmanı yoxdur. Digər kəskin respirator infeksiyalar kimi dəstəkverici terapiya ilə müalicə aparılır. Hətta məlumatlar var ki, heç bir müalicə olmadan, yüngül formada koronavirusdan yaxa qurtarmaq olur”.

BakuCity.az

koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər