“Baku Oil Service” yandı - VİDEO

“Baku Oil Service” yandı - VİDEO

Yanğının qarşısı alınıb

Bakının Səbail rayonu ərazisində, Salyan şosesində yerləşən “Baku Oil Service” Mərkəzində yanğın baş verib.

BakuCity.az APA TV-yə istinadən xəbər verir ki, ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları mərkəzdə alovun baş verdiyini görərək hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinə məlumat veriblər.

Məlumat əsasında FHN-in 11 texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.

Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılıb.

Qeyd edək ki, yanğın nəticəsində mərkəzin 1 və 2-ci mərtəbəsinin yanar konstruksiyaları yararsız hala düşüb.

BakuCity.az

“Baku Oil Service” yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər