Koronovirusa görə Röyanın konserti də ləğv olundu

Koronovirusa görə Röyanın konserti də ləğv olundu

4 günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçı iştirak edəcəkdi

Xalq artisti Röya Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq 6, 7, 8 və 9 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan "Nazlı" adlı solo konsertinin tarixini dəyişdirib.

BakuCity.az-ın məlumatına görə, bu barədə Xalq artisti özü Oxu24.com-a bildirib.

Onun sözlərinə görə, nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq, Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib:

“Bu tipli kütləvi tədbirlərdə belə virusun yayılma təhlükəsini nəzərə  aldıq. Bizim üçün insanlarımızın, sevimli tamaşaçılarımızın səhhəti ilə bağlı məsələlər vacib olduğu üçün həyata keçirilən profilaktik tədbirlərə dəstək göstərmək qərarını verdik”.

Röya solo konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəyini bildirib.

Mart ayındakı konsertə bilet almış şəxslər yaranmış suallarla əlaqədar şəhərin kassalarına müraciət edə bilərlər.

BakuCity.az

Koronovirus Röya konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər