Vilayət Eyvazov Narkotiklərlə Mübarizə İdarəsini ləğv etdi

Vilayət Eyvazov Narkotiklərlə Mübarizə İdarəsini ləğv etdi

Müvafiq idarələrə həvalə olunub

Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.

Ləğv edilən idarə və şöbənin vəzifələri Daxili İşlər Nazirliyinin müvafiq idarə və baş idarələrinə həvalə olunub.

BakuCity.az

Vilayət Eyvazov struktur dəyişikliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər