Nə qədər artırılacağı hələ bilinmir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq.
BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir.
Lakin nazir müavini əməkhaqqının neçə faiz artırılacağını açıqlamayıb:
"Bununla bağlı araşdırmalar aparılacaq, bundan sonra artım faizi müəyyən ediləcək".
BakuCity.az