Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti
Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun.
BakuCity.az xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında bildirilib.
Qeyd olunub ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır:
•bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
•tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
•tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
•tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
•yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
"Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin"! deyə nazirllik əhaliyə xəbərdarlıq edib.
BakuCity.az