Prezident İlham Əliyevdən yeni TƏYİNAT - FOTO

Prezident İlham Əliyevdən yeni TƏYİNAT - FOTO

Rövşən Cavadov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyevin 2 mart 2020-ci il tarixli sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

BakuCity.az xəbər verir ki, R.Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib. 

ARDNF-nin İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda, ABŞ-ın Klark Universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.

Prezident İlham Əliyevdən yeni TƏYİNAT - FOTO, fotoşəkil-1

BakuCity.az

İlham Əliyev təyinat Rövşən Cavadov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər