Bakıda yaşayış binaları dezinfeksiya edilir - FOTO

Bakıda yaşayış binaları dezinfeksiya edilir - FOTO

Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılılır

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələri və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan məktəbəqədər təhsil müəssisələrində və digər yerlərdə  tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Mətbuat xidmətindən, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi vurğulanıb.

Bakıda yaşayış binaları dezinfeksiya edilir - FOTO, fotoşəkil-1 Bakıda yaşayış binaları dezinfeksiya edilir - FOTO, fotoşəkil-2 Bakıda yaşayış binaları dezinfeksiya edilir - FOTO, fotoşəkil-3 Bakıda yaşayış binaları dezinfeksiya edilir - FOTO, fotoşəkil-4 Bakıda yaşayış binaları dezinfeksiya edilir - FOTO, fotoşəkil-5 Bakıda yaşayış binaları dezinfeksiya edilir - FOTO, fotoşəkil-6 Bakıda yaşayış binaları dezinfeksiya edilir - FOTO, fotoşəkil-7 Bakıda yaşayış binaları dezinfeksiya edilir - FOTO, fotoşəkil-8

BakuCity.az

Bakı yaşayış binaları dezinfeksiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər