Dövlətimizin başçısı Putindən dəvət alıb
Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Rusiya Federasiyasına səfər edəcək.
BakuCity.az xəbər verir ki, bu barədə ölkə başçısı Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putindən bununla bağlı dəvət aldığını bildirib:
“Mən hər il mayın 9-nu adətən Bakıda veteranlarla birgə keçirirəm. Lakin bu il Vladimir Vladimiroviç Putindən dəvət almışam və mayın 9-da Moskvada olmağı planlaşdırıram. Onu da demək istəyirəm ki, bizim ümumi Qələbəmiz şərəfinə Azərbaycan Ordusunun zabitləri Qızıl Meydanda paradda iştirak edəcəklər”.
BakuCity.az