Bakıda daha bir sex bağlandı - FOTO

Bakıda daha bir sex bağlandı - FOTO

Quşlar baytarlıq müayinəsindən keçirilmir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri Xəzər rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexinin fəaliyyətini məhdudlaşdırıb.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şağan kəndi R.Səfərov küçəsi, 6B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağayev Firudin Mirəhəd oğluna məxsus quş kəsimi sexinə baxış keçirilib.

Həmçinin oxu: Bakıda süd məhsulları sexi də bağlandı - FOTO

Baxış zamanı antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi aşkarlanıb.

Məlum olub ki, sexin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, quş ətinin orqanoleptik qiymətləndirilməsi aparılmır. Eyni zamanda sexdə məhsulların emalı və saxlanılması qida təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilmir.

Aşkar olunan faktlar əsasında Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Bakıda daha bir sex bağlandı - FOTO, fotoşəkil-1 Bakıda daha bir sex bağlandı - FOTO, fotoşəkil-2 Bakıda daha bir sex bağlandı - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı quş sexi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər