Bakıda səfirin otağından 60 min manat oğurlandı

Bakıda səfirin otağından 60 min manat oğurlandı

İş otağında stolun siyirməsindən oğurlayıblar

Bakıda diplomatik korpusdan oğurluq edilib.

BakuCity.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Əfqanıstanın Azərbaycandakı səfiri Spelanay Xeyrullah polisə müraciət edərək bildirib ki, Yasamal rayonunda yerləşən Əfqanıstanın Azərbaycandakı səfirliyinin inzibati binasından oğurluq olub.

Belə ki, səfirin iş otağında stolun siyirməsindən 35 255 dollar (59 933 AZN) pul oğurlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

BakuCity.az

Bakı səfir iş otağı oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər