Oğrular Sumqayıt-Bakı qatarının hərəkətinə mane oldular

Oğrular Sumqayıt-Bakı qatarının hərəkətinə mane oldular

Qatarlar 31 dəqiqəyədək gecikib

Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

BakuCity.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Baku.ws-ə bildirib.

Bu gün səhər saatlarında Baş Sumqayıt - 6-cı blok/post mənzilinin 50-ci kilometrində kontakt şöbəsində kontakt naqillərinin kənar şəxslər tərəfindən oğurlanması qeydə alınıb.

Hadisə nəticəsində Bak-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınır.

Hazırda elektrik qatarları cədvəl üzrə hərəkət edir.

Hadisə aidiyyəti üzrə araşdırılır.

BakuCity.az

Oğrular Sumqayıt-Bakı qatarı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər