8 Martda qadınları təəccübləndirəcək dadlı HƏDİYYƏLƏR - FOTO

Qadınları necə razı salmaq olar?

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində hamımız doğma, əziz qadınlar üçün hədiyyələr haqqında düşünürük. Hədiyyə seçimləri isə çoxdur.

Dadlı və gözəl

BakuCity.az qadınları təkcə sevindirmək deyil, həm də təəccübləndirmək istəyənlər üçün populyar seçimlərdən birini - xoş sürprizlərlə dolu yeməli buketi təqdim edir. 

Bu işdə sizə “Tasty Ella” kömək edəcək. 

Şirkətin sahibi Ella Bağırova saytımıza açıqlamasında müştərilərə təqdim edəcəkləri yeniliklər barədə danışıb:

“Kişilər xanımlarına çiyələk buketləri verməyi sevirlər. Bir dəfə ətirlə belə bir hədiyyə hazırladıq. Sonra daimi müştərilərimiz bu ideyanı bəyəndilər və bizdən boş qutu istədilər ki, kompozisiyanı zövqlərinə görə tamamlasınlar. Belə bir hədiyyə hazırlamaq üçün matryoşka kuklalarına bənzər 3x ölçülü qutular lazımdır: böyük, orta, kiçik”.

Layihə rəhbərinin sözlərinə görə, onlar qulaqlıq və telefon kimi elektronika məhsullarına da yer ayırırlar. Belə bir hədiyyə buket və qutu kimi olur:

“Müştərilər kiçik qızları üçün hədiyyə sifariş etmək istəyirlərsə, onlara “Çupa Çups”, müxtəlif şirniyyatlar, şokolad, zefirli kompozisiyalar təklif edə bilərik. İndi “Çupa Çups”dan bir yenilik var: bu şirniyyatların olduğu qutunu açan kimi ətrafa gözəl ətir yayılır”.

Qeyd etmək lazımdır ki, şirkətin saytında hədiyyələrin eksklüziv variantları təqdim olunur – təqdim olunan fantaziya heyrətamizdir və bir qutu digərindən tamamilə fərqlənir. İndi ən aktual olanlardan biri içində zəncəfil, şam qozaları, “Teraflyu” paketləri, limon və s. olan qutudur ki, bu da son günlərin hay-küylü koronavirus mövzusu ilə əlaqəlidir.

E.Bağırova onların sırasında indiyə qədər sifariş olunan ən lüks və bahalı buketlərdən də danışıb:

“Ən bahalısı xərçəng buketi olub. Ən yadda qalanı isə toy üçün qurudulmuş çiçək buketi. Heç kim ona laqeyd qala bilməzdi. 2600 manata, bahalı və yüksək keyfiyyətli spirtli içki kompozisiyası da olub. Biz toy mərasimlərində iştirak edən qonaqlar üçün də unudulmaz hədiyyələr hazırlayırıq. 

Əlbəttə ki, müştərilər özləri də fantaziyalarını təklif edə bilirlər. Şirkət həmişə görüşlərə gedir, müştərilərə rənglərin seçimində, hətta uyğunsuz görünən məhsullardan gözəl kompozisiyalar yaratmağa kömək edir.

Əgər müştərilər nənələri üçün buket seçmək istəsələr, onlara şərabla birlikdə meyvə kompozisiyaları təklif edilə bilər.

E.Bağırova davam edir: “Hazırda əl işi olan kəlağayı və sabundan yeni kompozisiyalar gözləyirik ki, bunlar da günümüzdə çox bəyəniləndir. Bu cür qutuların sadəcə unikal olacağına əminik!”

O, Novruz bayramı ilə bağlı planlarını da açıqlayıb: 

“Qutulara evdə hazırlanan tort, paxlava, şəkərbura və şorqoğal kimi ənənəvi şirniyyatlar qoyulacaq. Onlar kiçik, gözəl və əlbəttə ki, ləzzətli olacaqlar.

Kompozisiyalar ağac budaqlarından və şamdan ibarət olacaq. Qutularımızın Azərbaycan motivlərini təmsil etməsi çox vacibdir: Şəki və Lənkərandan gətirilən yüksək keyfiyyətli düyü, həmçinin məşhur Lənkəran limonu və çayı. Zaqataladan bal, Gəncə, Lahıc və İsmayıllıdan isə halva. Belə bir bayramda idxal olunan məhsullardan istifadə etmək istəmirəm. Yerli biznesi mütləq dəstəkləmək lazımdır. Yaxşı olardı ki, digər şirkətlər də yerli sahibkarlara dəstək göstərsinlər”.

Şirkət sahibi Novruz bayramı üçün gələcək kompozisiyaların üzərində işlədiklərini deyir: quş yuvaları düzəldir, bildirçin yumurtaları alır və onları heç bir kimyəvi maddə olmadan, soğan qabığı, qırmızı kələmlə göy-mavi rəngdə boyayırlar:

“Hətta qutularımızı dünya markası olan, ekoloji təmiz “Tikkurila” boyası ilə rəngləyirik. İstehsalçı öz müştərilərinə hörmətlə yanaşmalıdır", - deyə “Tasty Ella”nın sahibi fikrini tamamlayıb.

Qeyd etmək lazımdır ki, “Tasty Ella” məhsullarının orta qiyməti 35, 50, 70, 100 AZN-dir.

Əlaqə: +994 55 937 97 79

İpək zərifliyi

Son illərdə ən gözəl və qadına xas aksesuarlardan biri – kəlağayı da dəb aləminə qayıdış edib. Bu gün Bakıda dəblə geyinməyi sevən qadınlar bu milli baş örtüyündən boyun dəsmalı, şərf və ya yüngül çiyin örtüyü kimi istifadə edirlər.

“Azerbaijan Kelagayi” brendi bu dəbdəbəli əl işinin bütün ölçülərinə və növlərinə parlaq çeşid təqdim edir. Kəlağayı ölçüsü 160x160 olan 65 AZN, 120x120 - 55 AZN, ən kiçiyi 80x80 isə cəmi 35 AZN-dir.

Paytaxtın mərkəzində çatdırılma xidməti - 6 AZN

Əlaqə: +994 50 218 07 03

Züleyxa İsmayılova

BakuCity.az

8 Mart hədiyyələr Tasty Ella
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Şəki şəhərinin mərkəzində görüntülənən qonur ayı xüsusi keyidici iynə ilə zərərsizləşdirilib. BakuCity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakıdan Şəkiyə ezam olunmuş əməkdaşları ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görür. BakuCity.az
Ekologiya
Şəkinin mərkəzi küçələrində gəzən ayı Altıağac Milli Parkına aparılacaq. "Şəkinin mərkəzində olan ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq". BakuCity.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib. Həmçinin oxu: Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərdi "Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, o...
Cəmiyyət
Milli Məclis 190 manatlıq birdəfəlik ödənişlə bağlı mühüm təklif irəli sürüb. "Aidiyyatı qurumlar 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın”. BakuCity.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli çıxış edib. "Bu məsələnin həll olunması vacibdir. Həmçinin ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə də ehti...
Cəmiyyət
Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərib. "Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub".  BakuCity.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin. "...
Biznes
Sədərək Ticarət Mərkəzində növbəti qadağa tətbiq edilib. Bakıda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində dezinfeksiya tədbirlərinə start verilib. Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edilib. BakuCity.az xəbər verir ki, bu barədə ticarət mərkəzinin İdarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib. M.Qədimovun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən ölkədə iri ticarət mərkəzlərinin fəaliy...
Biznes
Müştərilərə yerində xidmət üçün nəzərdə tutulan müddət artırılıb. Bu gündən xüsusi karantin rejimi çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət üçün nəzərdə tutulan müddət artırılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib. Qərara əsasən, mayın 31-dən Bakı,...
Hadisələr
Şəhərin mərkəzi küçələrində ayı dolaşır. Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Məlumata görə, Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir. Vətəndaşlardan xahiş edilir...
Biznes
Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib. 31 may 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla bərpa edilib. Qeyd edək ki, fəaliyyətinə icazə veri...
Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargah BakuCity.az-a verilən məlumatda bildirilir ki, bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiy...