Bakı limanı da dezinfeksiya olunur - VİDEO

"Qaynar xətt" də fəaliyyət göstərir

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

BakuCity.az AzTV.az-a istinadən məlumat verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiya işlərinə cəlb olunub.

Dezinfeksiya işləri sərnişinlərin və yüklərin daxilolma məntəqəsində, Bakı Limanının inzibatı binalarında, həm Bakı, həm də Ələt qəsəbəsində yerləşən bütün terminallar və anbarlarda həyata keçirilir.

Yeni Bakl Limanının aparıcı mütəxəssisi Nərminə Kazımlının sözlərinə görə, liman ərazisində koronavirus təhlükəsi yoxdur:

“Biz profilaktik olaraq Bakı Limanı yaranan gündən bu prosesi həyata keçiririk. Sadəcə olaraq indi bu iş gücləndirilmiş rejimdə aparılır. Həmçinin qeyd edim ki, liman ərazisində təcili tibbi yardım maşınları da 24 saat fəaliyyət göstərir”.

Liman ərazisinə daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır, yalnız bundan sonra liman ərazisinə buraxılışına icazə verilir.

Limana daxil olan sərnişinlər Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə xüsusi avadanlıq vasitəsilə yoxlanılır. Liman və komitə əməkdaşları müvafiq mühafizə preparatları ilə təmin edilib, sərnişinlərin keçid məntəqələri mütəmadi dezinfeksiya olunur.

Mütəxəssislər deyir ki, dezinfeksiya zamanı yüksək təsirə malik və sertifikatlaşdırılmış proqrin dezinfektantdan istifadə olunmalıdır. Limana gələn gəmilər, insanların daha çox təmasda olduğu ərazilər dərman vasitəsi ilə dezinfeksiya edilməlidir. Dərman vurulandan yalnız 15 dəqiqə sonra məkana daxil olmaq olar. Allergiya halının baş verməməsi üçün dezinfeksiya olunan ərazi, qapılar və insanların əl vurduğu nöqtələr mütləq sabunlu su ilə yuyulmalıdır. Qida və qida üçün istifadə olunan qablar dezinfeksiyadan əvvəl yığışdırılmalıdır.

Qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə +99455 450 78 84 nömrəli "qaynar xətt" də fəaliyyət göstərir.

BakuCity.az

Bakı limanı dezinfeksiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Epidemioloji vəziyyət tam nəzarət altındadır. “Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə,  inanmıram ki, gələcəkdə hər hansı sərtləşdirici karantin tədbirləri olsun". BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professo...
Siyasət
Ermənistan ordusu bu torpaqlarımızdan çıxır? Cənubi Qafqazda gərginliyin artması fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri müəyyən fəallıq göstərib və münaqişə tərəfləri ilə danışıqlara başlayıb. Xüsusilə, gizli məlumatlar var ki, artıq İrəvanda ATƏT-in Minsk Qrupunun danışıqlar masası arxasına oturmaq təklifini qəbul ediblər. Ermənistanın münaqişənin “Madrid prinsipləri” üzrə həllinə razılıq verdiyi də bildirilir. BakuCity.az xəbər verir ki, bu barədə Er...
Hadisələr
Dünən gecə Bakının Təbriz küçəsində iaşə obyektində yanğın baş verib. BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb. Bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb. BakuCity.az
Cəmiyyət
112 şagird COVID-19-a yoluxub. Xəbər verdiyimiz kimi, sentyabrın 23-də daha 7 şagird koronavirusa yoluxub. 6 işçidə isə koronavirus aşkarlanıb. Ümumilikdə bu günə kimi 112 şagird COVID-19-a yoluxub. Yoluxma sayı artarsa, məktəblər yenidən 1 aylıq bağlana bilərmi? BakuCity.az xəbər verir ki, bununla bağlı deputat Ceyhun Məmmədov danışıb. C.Məmmədov qeyd edib ki, tədrislə bağlı qərar epidemioloji vəziyyətlə bağlıdır: “Təhsil Nazirliyi qərar qəbul edərkən büt...
Cəmiyyət
Şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzləri fəaliyyətə başlayır. Azərbaycanda şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzlərinin fəaliyyəti yenidən bərpa olunur. Artıq bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib. BakuCity.az xəbər verir ki, bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır. Yaxın zamanlarda toy və yas mərasimləri ilə ba...
Cəmiyyət
İş dəftərlərinin satışı aşağı qiymətə Azərpoçtlarda satılır. Bu il 1-ci siniflər üçün nəzərdə tutulan, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən nəşr edilən iş dəftərlərinin satışı əvvəlki illərdən daha aşağı qiymətə Azərpoçtlarda həyata keçirilir. BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bununla da ölkə üzrə təhsilalanlar üçün vəsaitin münasib qiymətə əlçatanlığı təmin olunur. "Respublika üzrə yaşayış məntəqələrinə uy...
İdman
"Avrokuboklarda oynadığımız bütün matçlara önəm veririk". BakuCity.az xəbər verir ki, bunu Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" (Split) klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. 67 yaşlı mütəxəssis qeyd edib ki, Split təmsilçisi ilə matçda meydana fərqli heyət buraxa bilər: "Bu qarşılaşma bizim üçün çox vacibdir. Ardıcıl səfərlər yorğunluğa səbəb olur. Fut...
Cəmiyyət
COVID-19 peyvəndinin hələ də tam olaraq təsdiqlənməməsi səbəbilə narahatlıqlar davam edir. BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı infeksionist Vüqar Cavadzadə Azerforum.com-a açıqlama verib. O qeyd edib ki, bu, yeni növ infeksiya olduğu üçün, hələ onun virusoloji xüsusiyyətləri tam bilinmir: “Onun virusoloji, epidemioloji, xəstələr üzərində olan klinik xüsusiyyətləri hələ tam öyrənilməyib. İnsanlar koronavirusa yoluxduqda, ağciyər toxumalarında hansı...
Ekologiya
Bakıda sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisb...