Novruzda əfv sərəncamı imzalanacaq?

Novruzda əfv sərəncamı imzalanacaq?

Ərizələr qəbul olunur, şikayətlərə baxılır

Novruz bayramında məhkumların əfv edilməsi haqqında sərəncam gözlənilmir.

BakuCity.az-ın məlumatına görə, bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev "Yenisabah.az"a açıqlamasında deyib.

O qeyd edib ki, 9 fevral növbədənkənar parlament seçkilərinə görə Əfv Komissiyasının iclasları keçirilmədi:

"Yəqin ki, Novruz bayramında əfv sərəncamı imzalanmayacaq. Ancaq inanıram ki, cənab Prezident il ərzində məhkum ailələrini sevindirəcək, müvafiq sərəncam imzalayacaq. Onsuz da Azərbaycanda qanunvericiliyin dinamikləşdirilməsi istiqamətində mühüm addımlar atılır və yeni qanunlar qəbul olunur. Ötən il məhkəmə-hüquq islahatlarının aparılması ilə bağlı Prezident fərmanı odu. Orada göstərilir ki, cəzaların dekriminallaşdırılması istiqamətində qanunvericilikdə dəyişikliklər hazırlansın. Bununla bağlı müəyyən təkliflər hazırlanıb. Həmin təkliflər qəbul olunduqdan sonra Əfv Komissiyasında da həmin qanunlar tətbiq olunacaq".

Ə.Nuriyev əlavə edib ki, əfv verilməsə də, komissiyanın struktur bölmələri işləyir, ərizələr qəbul olunur, şikayətlərə baxılır:

"Sadəcə Əfv Komissiyasının iclasları sədr tərəfindən çağırılır. Ancaq məlum olduğu kimi, hazırda sədr postu boşdur. Yəqin ki, sədr təyin olunandan sonra komissiyanın iclasları keçiriləcək".

BakuCity.az

Novruz məhbuslar əfv
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər