Kirayə mənzillər üçün sənəd qəbulunun vaxtı açıqlandı

Kirayə mənzillər üzrə müraciətlərin göndərilməsi davam edir

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) “Elektron ipoteka və kredit zəmanət” sistemində (EİKZS) kirayə mənzil modulu üzrə bu günədək 6395 vətəndaş elektron kabinet yaradıb və onlardan 4824-ü elektron müraciətinin formalaşdırılmasını yekunlaşdırıb.

Fonddan BakuCity.az-a verilən məlumata görə, müraciətini formalaşdırmış vətəndaşlardan 3498 nəfər müraciətini göndərib, bu müraciətlər şəffaf qaydada elektron sistem vasitəsilə növbəyə alınıb və hazırda proses davam edir. Növbəlilik barədə vətəndaşların elektron kabinetinə bildiriş göndərilib və SMS məlumat verilib.

Həmçinin oxu: Kirayə mənzillərin aqibəti necə oldu? - Fond cavablandırır

Müraciətləri qeydə alınmış vətəndaşların elektron kabinetinə sistem vasitəsilə sənədlərin qəbulu tarixi və yeri barədə bildiriş yerləşdiriləcək və SMS məlumat veriləcək. Şəffaflığın və xidmətdə vətəndaş məmnuniyyətinin təmin edilməsi üçün sənədlərin qəbulu 10 mart 2020-ci il tarixindən başlamaqla növbəlilik əsasında Bakı 2 saylı “ASAN Kommunal” mərkəzində və Sumqayıt “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

Müraciətləri qeydə alınmış vətəndaşlar yalnız bildirişdə qeyd olunan tarixdə sənədlərin qəbulu üçün "ASAN xidmət" mərkəzinə gəlməlidirlər.

Qeyd edək ki, bundan sonra kirayə mənzillərə müraciət zamanı vətəndaşlar EİKZS vasitəsilə elektron kabinetini yarada, müraciətlərini formalaşdıra və dərhal müraciət göndərə biləcəklər.

Onu da bildirmək lazımdır ki, vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi elektron sistem vasitəsilə əldə olunan rəsmi məlumatlar əsasında Fondun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək. Belə ki, sənədləri qəbul edilmiş vətəndaşların müraciətinə Fond tərəfindən 5 iş günü ərzində baxılır, onların yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən edilir və bu barədə onların elektron kabinetinə bildiriş göndərilir. Bundan sonra həmin vətəndaşların EİKZS vasitəsilə ödəniş qabiliyyətlərinə uyğun yaşayış sahəsini seçmək imkanı yaranır. 

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərə dair vətəndaşların məlumatlandırılması, sənədlərin qəbulu, vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi və yaşayış sahəsinin seçilməsi prosesinin gedişatı ilə bağlı bütün zəruri məlumatları mütəmadi olaraq ictimaiyyətə bundan sonra da ətraflı bildirəcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

BakuCity.az

kirayə mənzillər sənəd qəbulu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

İdman
"Neftçi” dünən avrokuboklarda növbəti matçını keçirib. BakuCity.az xəbər verir ki, bakılılar II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray” klubu ilə oynayıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə nəticəlnib. Bununla da "Neftçi" Avroliqada mübarizəni dayandırıb. BakuCity.az
Cəmiyyət
"Sərt karantin rejimi tətbiq olunsa belə əgər vətəndaşlar qaydalara riayət etməsələr, yoluxma durmadan artacaq”. BakuCity.az  xəbər verir ki, bu sözləri açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. C. İsayev bildirib ki, məktəblərin açılması, ictimai nəqliyyatda yaranan sıxlıq pandemiyanın alovlanmasına səbəb ola bilər: "Dərslərin başlaması ilə əlaqdədar avtobus və metroda yaranan sıxlıq, virusun yayılmasında böyük rol oynayır. Mən hər...
Cəmiyyət
BMM boşaldılır. Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.  BakuCity.az xəbər verir ki, yaxın günlərdə BMM-in boşaldılmasına başlanılacaq. Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı. Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.  Həmçinin oxu: Əli Həsənov Dubayda: bahalı səhər yeməyi - FOTOLAR BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova m...
Ekologiya
Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti...
Cəmiyyət
Türkiyədə saxlanılan Qurban Mmmədov buraxılıb. Azerfreedom kanalının rəhbəri, Türkiyədə saxlanıldığı bildirilən Qurban Məmmədov sərbəst buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb. Qoşqar Məmmədovun qeyd edib ki, Qurban Məmmədov İngiltərəyə qayıdır. Qeyd edək ki, Qoşqar Məmmədov bu gün atasının Türkiyədə saxlanılması barədə məlumat yaymışdı. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. Bakıda əhali sıxlığını, bunun üzərinə yeni tədris ili ilə əlaqədar məktəb və universitetlərin açılmasını gəlsək yoluxma hallarının vəziyyətə təsiri necə olacaq? Mövcud epidemiya təhlükəsi müəllim-şagird, müəllim-tələbə kontingentini nə qədə...
Kriminal
Gənc oğlan Bülbülə qəsəbəsində ürəyindən bıçaqlanıb. Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı Musayev Orxan Elçin oğlu qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. BakuCity.az xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 20 ya...
Cəmiyyət
“Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı xəbərlər yayılıb. Bu barədə onun oğlu Qoşqar Məmmədov şəxsi “Facebook” hesabında paylaşım edib. BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bu barədə heç bir məlumatının olmadığını qeyd edib. Həmçinin oxu: Qurban Məmmədov Türkiyədə həbs olundu - FOTO “Harada saxlanılıb? Mənim məluma...
Cəmiyyət
Falçılar "Azenco" şirkətinin rəhbəri Faiq Ağayevin xanımının külli miqdarda pul alıblar. BakuCity.az xəbər verir ki, cindar Hüseyn kimi tanınan Əlizadə Hüseyn Qağaməli oğlu və anası Lalə İbrahimova Faiq Ağayevin həyat yoldaşı Ağayeva Rübabə Cəlal qızına özlərini falçı kimi təqdim edərək onun ailəsi üzərində qara qüvvələrin hökm sürdüyünü deyiblər. Onların evlərində, iş yerlərində caduların olması və caduların təmizlənmədiyi təqdirdə həyat yoldaşı Faiq Ağay...