AMEA “koronavirus” sözünün düzgün tələffüzünü müəyyənləşdirib

AMEA “koronavirus” sözünün düzgün tələffüzünü müəyyənləşdirib

"Azərbaycan dilinin orfoepiya lüğəti"nə də əlavə olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu "koronavirus" sözünün düzgün tələffüzünü müəyyənləşdirib.

BakuCity.az-ın məlumatına görə, İnstitutun direktoru, akademik Möhsün Nağısoylu "Report"a açıqlamasında bildirib ki, alınma sözlərin tələffüzü Azərbaycan dilinə uyğunlaşdırılır:

"Ona görə də "koronavirus" sözü "karonavirus" kimi tələffüz olunmalıdır".

Həmçinin oxu: Dərslərin bir həftəlik dayandırılması necə kompensasiya olunacaq? - VİDEO

Akademik deyib ki, "koronavirus" sözünün düzgün tələffüz forması ilin sonuna qədər çapdan çıxacaq "Azərbaycan dilinin orfoepiya lüğəti"nə əlavə olunacaq.

Qeyd edək ki, "koronavirus" iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə salınıb.

Xatırladaq ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" mart ayında çapdan çıxacaq.

BakuCity.az

AMEA koronavirus tələffüz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər