Prezident İlham Əliyevdən məmurlara daha bir xəbərdarlıq
Ölkə başçısı martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib.
Bu barədə BakuCity.az AzTV-yə istinadən məlumat verir.
Prezident bildirib: "Mənə belə xüsusi kreslo qoymusunuz. Adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən".