Avtomagistrallarda sürət həddi endirildi

Avtomagistrallarda sürət həddi endirildi

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir

Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti - Hava limanı və Zığ dairəsi - Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BakuCity.az

avtomagistrallar sürət həddi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər