Bakıda 26 yaşlı qadının koronavirusdan ölməsi xəbərinə RƏSMİ MÜNASİBƏT

Ən ciddi tədbirlər görüləcək

Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizdə narahatlığa səbəb olmaqla cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən qərəzli olaraq guya “COVID-19” adlanan virus və ya koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) vəfat etməsi ilə bağlı səs yazısı yayılıb. Eyni zamanda, qeyd edilən mövzuda yalan məlumatların yayılması, o cümlədən kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müşahidə olunur.

BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın və Baş Prokurorluğun mətbuat xidmətləri bununla bağlı məlumat yayıb.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur. Belə ki, 1994-cü il təvəllüdlü paytaxt sakini Nəzakət Ramazanovanın fevralın 29-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ağ ciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi faktı ilə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. N.Ramazanovanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək onun meyiti xarici və daxili müayinə olunub. Mərhumdan müayinə üçün götürülmüş nümunələrdə hər hansı bir infeksion xəstəlik aşkar edilməyib.

Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma davam etdirilir.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.

BakuCity.az

Bakı koronavirus ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
Ermənistan ordusu bu torpaqlarımızdan çıxır? Cənubi Qafqazda gərginliyin artması fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri müəyyən fəallıq göstərib və münaqişə tərəfləri ilə danışıqlara başlayıb. Xüsusilə, gizli məlumatlar var ki, artıq İrəvanda ATƏT-in Minsk Qrupunun danışıqlar masası arxasına oturmaq təklifini qəbul ediblər. Ermənistanın münaqişənin “Madrid prinsipləri” üzrə həllinə razılıq verdiyi də bildirilir. BakuCity.az xəbər verir ki, bu barədə Er...
Hadisələr
Dünən gecə Bakının Təbriz küçəsində iaşə obyektində yanğın baş verib. BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb. Bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb. BakuCity.az
Cəmiyyət
112 şagird COVID-19-a yoluxub. Xəbər verdiyimiz kimi, sentyabrın 23-də daha 7 şagird koronavirusa yoluxub. 6 işçidə isə koronavirus aşkarlanıb. Ümumilikdə bu günə kimi 112 şagird COVID-19-a yoluxub. Yoluxma sayı artarsa, məktəblər yenidən 1 aylıq bağlana bilərmi? BakuCity.az xəbər verir ki, bununla bağlı deputat Ceyhun Məmmədov danışıb. C.Məmmədov qeyd edib ki, tədrislə bağlı qərar epidemioloji vəziyyətlə bağlıdır: “Təhsil Nazirliyi qərar qəbul edərkən büt...
Cəmiyyət
Şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzləri fəaliyyətə başlayır. Azərbaycanda şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzlərinin fəaliyyəti yenidən bərpa olunur. Artıq bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib. BakuCity.az xəbər verir ki, bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır. Yaxın zamanlarda toy və yas mərasimləri ilə ba...
Cəmiyyət
İş dəftərlərinin satışı aşağı qiymətə Azərpoçtlarda satılır. Bu il 1-ci siniflər üçün nəzərdə tutulan, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən nəşr edilən iş dəftərlərinin satışı əvvəlki illərdən daha aşağı qiymətə Azərpoçtlarda həyata keçirilir. BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bununla da ölkə üzrə təhsilalanlar üçün vəsaitin münasib qiymətə əlçatanlığı təmin olunur. "Respublika üzrə yaşayış məntəqələrinə uy...
İdman
"Avrokuboklarda oynadığımız bütün matçlara önəm veririk". BakuCity.az xəbər verir ki, bunu Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" (Split) klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. 67 yaşlı mütəxəssis qeyd edib ki, Split təmsilçisi ilə matçda meydana fərqli heyət buraxa bilər: "Bu qarşılaşma bizim üçün çox vacibdir. Ardıcıl səfərlər yorğunluğa səbəb olur. Fut...
Cəmiyyət
COVID-19 peyvəndinin hələ də tam olaraq təsdiqlənməməsi səbəbilə narahatlıqlar davam edir. BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı infeksionist Vüqar Cavadzadə Azerforum.com-a açıqlama verib. O qeyd edib ki, bu, yeni növ infeksiya olduğu üçün, hələ onun virusoloji xüsusiyyətləri tam bilinmir: “Onun virusoloji, epidemioloji, xəstələr üzərində olan klinik xüsusiyyətləri hələ tam öyrənilməyib. İnsanlar koronavirusa yoluxduqda, ağciyər toxumalarında hansı...
Ekologiya
Bakıda sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisb...
İdman
Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək. BakuCity.az xəbər verir ki, sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gələcək. Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək. Oyun öncəsi "Ba...