Bakıda 13 yaşlı qızı qaçırdılar

Bakıda 13 yaşlı qızı qaçırdılar

Qızı evlənmək məqsədilə qaçırıb

Bakının Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinin əməkdaşları 13 yaşlı yeniyetmənin qaçırılması faktını araşdırırlar.

BakuCity.az-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib.

Yevlax rayon sakini 31 yaşlı H.Abdullayeva martın 4-ü saat 04 radələrində Polis bölməsinə müraciət ediblər. O, martın 3-ü saat 20 radələrində 13 yaşlı qızı C.M.-nin Elnur adlı şəxs tərəfindən qaçırıldığını bildirib.

Onun sözlərinə görə, həmin şəxs qızı evlənmək məqsədilə qaçırıb.

Əldə edilən məlumata görə, polis əməkdaşları qızın harada olmasını müəyyənləşdiriblər.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Qeyd edək ki, yeniyetmə artıq evindədir.

BakuCity.az

Bakı yeniyetmə qız adam oğurluğu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər