“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib - FOTO

7 il öncə martın 5-də Elektron Təhlükəsizlik Xidməti fəaliyyətə başlayıb

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, sahə üzrə yerli və beynəlxalq təşkilatların, eləcə də müvafiq sahədə lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri keçirilib. 

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, əsas məqsəd fərdi məlumatların mülkiyyətçisi və operatoru kateqoriyalarını təmsil edən şəxslərlə əməkdaşlığın gücləndirilməsi, onların maarifləndirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla, ölkə səviyyəsində fərdi məlumatların mühafizə səviyyəsinin yüksəldilməsidir.

Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, bank sektoru, beynəlxalq təşkilatlar və nümayəndəliklər, internet xidməti provayderləri, mobil operatorlar, təhsil müəssisələri, sığorta şirkətləri, səhiyyə müəssisələri və digər təşkilatların fərdi məlumatların mühafizəsi üzrə məsul şəxsləri, eləcə də Avropa Şurasının, Moldova, İsrail və s. ölkələrin ekspertləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə fərdi məlumatların mühafizəsi məsələsinin müasir dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. “Fərdi məlumatlar bilavasitə kibertəqiblərin tərkib hissəsi sayılır, yəni həyata keçirilən hücumlar daha çox fərdi və digər potensial məlumatların əldə edilməsinə yönəldilir” –  deyə nazir müavini bildirib. 

E.Vəlizadə Avropada fərdi məlumatların mühafizəsi üzrə qanunvericiliyin 1981-ci ildən həyata keçirilməyə başlandığını qeyd edib. Fərdi məlumatların mühafizəsinin tələblərinə ciddi riayət edilməsini önə çəkərək ölkəmizdə qəbul olunmuş “Fərdi məlumatlar haqqında qanun”un təkmilləşdirilməsi üzərində işlərin aparıldığını, yeni qanun layihəsinin işləndiyini diqqətə çatdırıb. 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas fərdi məlumatlar sahəsində normativ-hüquqi tənzimləmə, aktual və praktiki problemlərdən söz açaraq fərdi məlumatların etibarlı mühafizəsi üçün kompüter, mobil telefon şifrlərinin düzgün seçilməsinin önəmindən danışıb. K.Yankauskas kiberməkanda qaydaların təkmilləşdirilməsi, kibertəhlükəsizlik sahəsində məlumatların, o cümlədən qanunun aliliyinin qorunub saxlanması və s. məsələlərin həllinin Avropa İttifaqının fəaliyyətində prioritet istiqamətlərdən olduğunu nəzərə çatdırıb. O, “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycanla bu  istiqamətdə görülən  tədbirlərin əhəmiyyətini qeyd edərək, ölkəmizdə həyata keçirilən işləri dəstəklədiklərini bildirib.        

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov 7 il öncə martın 5-də Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətə başladığını qeyd edib. F.Fərmanov bildirib ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı fərdi məlumatların genişlənməsinə səbəb olur ki, bu da nəticə etibarilə yeni baxışların formalaşmasını tələb edir. O, bu sahədə maarifləndirmənin böyük önəm kəsb etdiyini vurğulayıb.

Daha sonra Avropa Şurası, Məlumatların mühafizəsi üzrə qrupun məsləhətçisi Peter Kimpian  “Konvensiya 108: Qlobal Məlumat Təhlükəsizliyi Standartı” adlı məruzə ilə çıxış edib. P.Kimpian Avropa Şurası tərəfindən bu məsələlərin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb.  

“Prosol” QSC-nin Baş texniki direktoru, fərdi məlumatların mühafizəsi üzrə ekspert Kapelushnik Nir məruzə ilə çıxış edib. O bildirib ki, qanun və qaydaların tətbiqi, hökumət tərəfindən maarifləndirmə, fərdi məlumatların mühafizəsində mövcud problemlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi çox önəmlidir. 

Fərdi məlumatların mühafizəsi hüququ üzrə mütəxəssis Olga Demian “Fərdi məlumatların subyektinin hüquqları, onların tətbiqi və qorunmasının xüsusiyyətləri”, İnformasiya texnologiyaları üzrə auditor İlqar Əliyev “Fərdi məlumatlar üzrə hüquqlarımız və məsuliyyətimiz”, “AİSTGroup” MMC-nin layihə rəhbəri Babək Əliyev “Fərdi məlumatlardan istifadənin təşkili”, “Ernst & Young” şirkətinin Azərbaycandakı nümayəndəliyinin eksperti  “Ernst & Young” şirkətinin fərdi məlumatların məxfiliyi ilə bağlı yanaşması və “GDPR”-a doğru atılacaq addımlar” adlı məruzə ilə çıxış edib.

BakuCity.az

rəqəmli hüquq fərdi məlumatlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az