• Ana səhifə
  • "Bakı Taksi Xidməti"nin avtomobilləri dezinfeksiya edilir - FOTO
16:00, 5 mart 2020

"Bakı Taksi Xidməti"nin avtomobilləri dezinfeksiya edilir - FOTO

"Bakı Taksi Xidməti"nin avtomobilləri dezinfeksiya edilir - FOTO

"Bakı Taksi Xidməti"nin avtomobilləri dezinfeksiya edilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir. 

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, NRYTN-nin tabeliyində “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobil vasitələrinin gündəlik dezinfeksiya edilməsi təmin olunur.

Heydər Əliyev Aeroportunda xidmət göstərən taksilərdə aparılan zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Hava Limanında xidmət edən “Bakı Taksi Xidməti”nə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya olunur.

Qeyd edək ki, səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri aparılır.

Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar.

BakuCity.az

#Bakı #Koronavirus #Dizinfeksiya

Şərhlər

Elan
live comments feed...