Bayramı turistik bölgələrimizdə qeyd etmək istəyənlər üçün
8 Mart – Beynəlxalq Qadınlar Gününü bölgələrimizə səyahət edib dilbər guşələrimizi kəşf etmək istəyən xanımların sayı kifayət qədərdir. Dəyərli bəylər, xanımlara unutmayacaqları bayram hədiyyəsi etmək istəyirsinizsə, onları səyahət etmək istədikləri yerlərə aparın.
BakuCity.az bəzi turizm şirkətlərinin paytaxtdan bölgələrə səyahət turlarının təklif etdiyi xidmət və qiymətlərlə maraqlanıb.
“Utopiya Travel”
Şəki, Oğuz, Qəbələ - “Tufandağ” turu / 59 AZN
“Utopiya Travel”in 8 Mart – Beynəlxaq Qadınlar Gününə özəl olaraq təşkil etdiyi əsrarəngiz bir gecə, iki günlük (8-9 mart) tur vasitəsilə Şəki, Qəbələ və Oğuza səyahət imkanınız var. Qəbələdə hoteldə yerləşmə 2-3 nəfərlik otaqlarda nəzərdə tutulub. Otaqda tək qalmaq üçün əlavə 30 AZN ödəmək lazımdır. 0-5 yaş uşaqlara səyahət pulsuzdur.
Ekskursiyalar | Qiymətə daxildir |
Qəbələ - “Tufandağ” | VİP nəqliyyat |
“Qəbələnd” Əyləncə Mərkəzi – “Lunapark” | “City Hotel Gabala”də gecələmə |
Qəbələ - “Nohurgöl” | Tur rəhbər xidməti |
Şəki - Xan sarayı | Fotoçəkiliş |
Şəki - Karvansaray | Səhər yeməyi (2 dəfə yolda və hoteldə) |
Şəki – “Əlövsət şirniyyat evi” | Çay süfrəsi və disko |
Oğuz - Xalxal şəlaləsi | Yol boyu əyləncəli oyunlar |
Qax, Şəki, Qəbələ - “Tufandağ“ turu / 65 AZN
Şirkətin təşkil etdiyi digər tur Qax, Şəki, Qəbələ və “Tufandağ”a səyahətdir. Gəzintinin müddəti iki gün, bir gecədir (7 -8/8-9 mart).0-5 yaş uşaqlar üçün səyahət pulsuzdur.
Ekskursiyalar | Qiymətə daxildir |
Qax – “Ulu körpü” | Komfortlu nəqliyyat |
Qax – Sumuq qala | “Shaki Issam Hotel”də gecələmə |
Şəki Xan Sarayı | Qidalanma (2 səhər yeməyi) |
Şəki - Karvansaray | Tur rəhbər xidməti |
Şəki – “Halvaçı dükanı” | Fotosessiya |
Qəbələ - “Nohurgöl” | |
Qəbələ - “Tufandağ” |
Hava şəraitinə uyğun olaraq proqrama dəyişiklik oluna bilər.
Əlaqə: +994 55 256 39 98
“Turlar”
Lənkəran, Lerik – “Relax” turu / 65 AZN
Şirkətin təklif etdiyi bir gecə, iki günlük (7-8 mart) tur Lənkəran və Lerik – “Relax”dır. Hoteldə yerləşmə 2-3 nəfərlik otaqlarda nəzərdə tutulub. Otaqda tək qalmaq üçün əlavə olaraq 30 AZN ödənilməlidir. 0-5 yaş uşaqlar heç bir xidmətdən istifadə etməsə, turpaket ödənişsizdir. 10 yaşdan yuxarı isə tam ödənişlidir.
Ekskursiyalar | Qiymətə daxildir |
Lənkəran – Xanbulan gölü | Rahat və geniş nəqliyyat (VİP) |
Lənkəran – Xəzər dənizi sahilində gəzinti | İki dəfə səhər yeməyi |
Lerik - “Relax” Əyləncə və İstirahət Mərkəzi | Çay süfrəsi |
Sərbəst vaxtlarda mafiya və s. oyunlar üçün otaq | |
Şam yeməyindən sonra disko | |
Yarışmalar, intellektual-əyləncəli oyunlar (qaliblərə hədiyyələr və s.) |
Quba, Qusar və “Şahdağ” turu / 75 AZN
“Turlar” şirkətinin təşkil etdiyi iki gün bir gecəlik (7-8 mart və 8-9 mart tarixlərində) təşkil etdiyi digər tur vasitəsilə Azərbaycanın ən gəzməli və turistik bölgələrindən olan Quba, Qusar və “Şahdağ” istirahət mərkəzinə səyahət edə bilərsiniz.
Qiymətə daxildir |
Komfortlu nəqliyyat, səhər yeməyi (2 dəfə), bələdçi, hoteldə (Quba, “Şahdağ” hotel) canlı musiqi, hotel xidmətləri (qapalı hovuz, sauna, türk hamamı) və otaqların bəzədilməsi (əlavə 20 AZN). |
Əlaqə: +994 55 862 08 21
“Okro Travel”
Şahdağ turu / 26 AZN
Şirkət 8 Marta özəl olaraq “Şahdağ” turunu ən sərfəli qiymətə təklif edir: bir nəfər üçün standart paketin qiyməti 18, “full paket”in qiyməti isə 26 AZN təşkil edir.
Standart paketə daxildir | “Full paket”ə daxildir |
50 nəfərlik komfortlu nəqliyyat | 50 nəfərlik komfortlu nəqliyyat |
Səhər yeməyi | Səhər yeməyi |
Çay süfrəsi + desert | Şam yeməyi (paytaxt salatı, pomidor, xiyar, pendir, süzmə, göyərti, mərci supu, qarışıq kakab, şirələr) |
Bələdçi | Çay |
Fotosessiya | Bələdçi |
Diskoteka | Fotosessiya |
Maraqlı oyunlar və hədiyyələr | Diskoteka |
Maraqlı oyunlar və hədiyyələr |
Əlaqə: +994 70 662 06 61
“Xarici tur”
Quba, Qusar, “Şahdağ” / 75 AZN
Martı sadəcə istirahətlə qeyd etmək istəyənlərə şirkət iki gün, bir gecəlik (7-8 və 8-9 mart) əla fürsət yaradır. 0-5 yaş uşaqlar ödənişsizdir (avtobusda yer ayrılmazsa).
Qiymətə daxildir | Qiymətə daxil deyil |
Komfortlu nəqliyyat | Kanat və xizəkdən istifadə |
Səhər yeməyi (2 dəfə) | Kompleks ərazisindəki əyləncəli xidmətlər |
Bələdçi | |
Hoteldə canlı musiqi | |
Hotel xidmətləri - qapalı hovuz, sauna, türk hamamı | |
Otaqların bəzədilməsi (20 AZN ) |
Əlaqə: +994 55 890 01 90
“Ks Travel”
Şəki və Nohurgölturu / 23 AZN
8 Mart – Beynbəlxaq Qadınlar Günü münasibətilə şirkət ekonom qiymətə Azərbaycanın iki dilbər guşəsinə - Şəki və Qəbələyə tur təşkil edir. Tura 10 nəfərdən çox qrup halında qatılanlara 1 nəfərlik ödənişsiz səyahət imkanı verilir.
Tur zamanı spirtli içkilər qəti qadağandır. 0-5 yaş uşaqlar ödənişsiz (avtobusda yer verilm ezsə). 6 yaşdan yuxarı isə tam ödənişlidir.
Ekskursiyalar | Qiymətə daxildir |
Şəki Xan Sarayı | Komfortlu nəqliyyat |
Karvansaray | Səhər yeməyi (restoranda) |
Tacirlər küçəsi | Çay süfrəsi (restoranda) |
“Əliəhməd” şirniyyat evi | Tur rəhbər xidməti |
Nohurgöl | Fotoçəkiliş |
Maraqlı oyunlar və hədiyyələr |
Əlaqə: +994 55 988 98 43
“Touropic Travel”
Şəki, Oğuz və Qəbələ turu / 59 AZN
“Touropic Travel” 8 Mart gününə özəl olaraq bir gecə, iki günlük (7-8 mart) qrup turu təklif edir. Şirkət qadınlar bayramına özəl olaraq tura qoşulan bütün xanımlara süpriz hədiyyələr vəd edir. Nahar və şam yeməkləri ödənişə daxil deyil.
Ekskursiyalar | Qiymətə daxildir |
Şəki Xan sarayı | Nəqliyyat xidməti |
Karvansaray | Tur rəhbər xidməti (yol boyu) |
“Əliəhməd” şirniyyat evi) | Gecələmə - bir gecə, iki gün |
Hoteldəyerləşmə (Oğuz) | “Oğuz Kolizey Hotel” |
“Xalxal” ailəvi istirahət mərkəzində gəzinti (Oğuz) | Qidalanma BB (Səhər yeməyi - 2 dəfə, hoteldə) |
Nohurgöl (Qəbələ) | |
“Tufandağ” Yay-Qış Kompleksi | |
“Qəbələnd” Əyləncə Mərkəzi |
Əlaqə: +994 51 788 44 66
Xoş istirahətlər!
Ramilə Qardaşxanqızı
BakuCity.az