İlham Əliyev Əməkdar artistə mənzil verdi

İlham Əliyev Əməkdar artistə mənzil verdi

"Sırf sənətlə məşğul olduğum üçün ev ala bilmirdim"

Prezident İlham Əliyev Əməkdar artist Lalə Məmmədovaya ev hədiyyə edib.

BakuCity.az Sabah.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən mənzil üç otaqdan ibarətdir.

Lalə Məmmədova açıqlamasında məlumatı təsdiqləyib.

O deyib ki, ad gününə bundan gözəl hədiyyə ola bilməzdi:

“Ölkə başçısına təşəkkür edirəm. Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürdü. Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya da minnətdaram. Sırf sənətlə məşğul olduğum üçün ev ala bilmirdim. Buna ehtiyacım var idi. İnşallah, balalarımla bu evdə yaşayacam”.

BakuCity.az

İlham Əliyev mənzil Lalə Məmmədova
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər