Murad Dadaşovdan Xəzər TV-nin rəhbəri kimi ilk açıqlama - VİDEO

Murad Dadaşovdan Xəzər TV-nin rəhbəri kimi ilk açıqlama - VİDEO

"Bütün səylər ortaya qoyulacaq"

"Xəzər TV" Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə yeni baş direktoru, xalq artisti Murad Dadaşovu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov təqdim edib.

BakuCity.az Xəzər TV-yə istinadla xəbər verir ki, Xalik Məmmədov ''Xəzər TV'' MMC-nin "Socar Media" İctimai Birliyinin tərkibinə keçdiyini açıqlayıb.

Xalik Məmmədov bildirib ki, "Xəzər TV" MMC-nin təsis paylarının "SOCAR Media" İctimai Birliyi tərəfindən alınması barədə sənəd imzalanıb, bununla da ''Xəzər TV'' MMC ''SOCAR media''nın tərkibinə keçib.

''Xəzər TV'' MMC-nin yeni baş direktoru Murad Dadaşov isə çıxışında bildirib ki, Xəzər televiziyasının uğurlarının daha da artırılması üçün kollektivlə birlikdə bütün səylər ortaya qoyulacaqdır.

Sonda Murad Dadaşov bundan sonrakı işlərdə işin səmərəliyini artırmaq üçün kollektivə öz tövsiyyələrini verib.

"Hamımız başa düşürük ki, medianın inkişafında, qurulmasında, auditoriya qazanmaqda sərhəd yoxdur. Bildirmək istəyirəm ki, burada əyləşən tanınmış simalar, kadrarxasında əyləşən insanlar var. Kifayət qədər uğur qazanıblar. Bu gün Xəzər TV-nin öz auditoriyası var”.

BakuCity.az

Murad Dadaşov Xəzər TV
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər