Nişan mərasiminə gedən ailə qəzaya düşdü, 3 nəfər öldü - VİDEO

Nişan mərasiminə gedən ailə qəzaya düşdü, 3 nəfər öldü - VİDEO

Yaralılar reanimasiyadadır

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Köhnə Zuvand kəndində qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq təxminən 300 metrlikdən dərəyə yuvarlanıb. 

Nəticədə avtomobildə olan Sərinaz Azadxan qızı Şirəliyeva (1959), Nihad Orxan oğlu Şirəliyev (2016) və Könül Cəmil qızı Şirəliyeva (1993) ölüb. "Niva"nın sürücüsü S.Şirəliyev, 1996-cı il təvəllüdlü Rəna Orxan qızı Mahmudova və 1996-cı il təvəllüdlü Nuray Orxan qızı Şirəliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hər üç yaralı Reanimasiya şöbəsində müalicə alır.

Məlumata görə, Bakı sakinləri Masallıdan Yardımlıya nişan mərasiminə gedirlərmiş. 

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

yol qəzası ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər