28 May küçəsində hərəkət məhdudlaşdırılacaq

28 May küçəsində hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakının Nəsimi rayonunun 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a bildirilib ki, məhdudiyyət martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Agentlik yaranacaq narahatlığa görə vətəndaşlardan üzr istəyib. 

28 May küçəsində hərəkət məhdudlaşdırılacaq, fotoşəkil-1

BakuCity.az

Bakı 28 May küçəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər