Azərbaycan Nigerə 100 min dollar yardım etdi

Azərbaycan Nigerə 100 min dollar yardım etdi

İlham Əliyev göstəriş verib

Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki Humanitar və İnkişaf İdarəsinin Regional ofisə çevrilməsinə dəstək verilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.

Bu barədə BakuCity.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, İƏT-in sözügedən idarəsinin Regional ofisə çevrilməsi ilə əlaqədar qərar 1-2 mart 2019-cu il tarixlərində Əbu Dabidə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası və ötən ilin 31 may tarixində Məkkədə keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü Sammitində qəbul olunub.

BakuCity.az

Azərbaycan Niger yardım
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər